İranın ali dini rəhbərinin müşaviri Məhəmməd Möhbər Zəngəzur dəhlizinə görə region dövlətlərini hədələyib və ardından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan dəstək mesajı gəlib.
İran məmuru bildirib ki, Zəngəzur dəhlizinin qurulmasına imkan verməyəcəklər.
Ərdoğan isə İran rejiminin təhdidlərini susduran mesajla çıxış edib: “Dəyərli qardaşım İlham Əliyevlə birlikdə imzaladığımız Şuşa Bəyannaməsi ilə “bir millət, iki dövlət” şüarımızı tarixi bir ittifaq səviyyəsinə çatdırdıq. Bu gün Şuşada, Füzulidə, Laçında dalğalanan Azərbaycan bayrağı bizim də qürur mənbəyimizdir. Zəngəzur dəhlizinin açılması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasındakı nəqliyyat infrastrukturunu gücləndirəcək, Türkiyə ilə Türk dünyası arasındakı əlaqələr üçün yeni bir imkan pəncərəsi açacaqdır”. (Bizim Yol)
