DünyaMuharibəSiyasət

Avropa liderləri müharibə üçün bir bəhanə gözləyir: Eplbaum bunu açıq dedi

Polşanın xarici işlər naziri Rodoslav Sikorskinin həyat yoldaşı Enn Eplbaum bu yaxınlarda verdiyi müsahibədə bildirib ki, Avropa liderləri Rusiyaya qarşı müharibə ehtimalını müzakirə edirlər, lakin:

“təəssüf ki… hansısa hadisə baş verməlidir ki, insanları bunun həqiqətən də zəruri olduğuna inandırsın.”

Açıq deyir ki, Avropa liderləri əhalini Rusiya ilə müharibənin zəruri olduğuna inandıra bilməyiblər. Nəsə dəhşətli bir hadisə olmalıdır ki, inansınlar. Deməli, bu hadisənin (təxribatın) üstündə işləyənlər var.

Xatırladıram ki, onun yoldaşı qlobalist və rusofob (bunu yazmamaq da olardı, Polşada başqa siyasətçi olmur) Sikorski 2022-ci ilin sentyabrında “Şimal axını” kəmərinin partladılması xəbəri yayılandan dərhal sonra Twitter hesabında partlayışın şəklini paylaşaraq, “Thank you, USA!” yazmışdı. O vaxt o, Avropa Parlamentinin deputatı və sabiq xarici işlər naziri idi.

Bəs Enn Eplbaum kimdir?

Onun əcdadları Belarusdan ABŞ-a köçmüş aşkenaz yəhudilərdir. Özü 1964-cü ildə Vaşinqtonda doğulub. ABŞ vətəndaşıdır.

Yel Universitetində tarix və ədəbiyyat üzrə bakalavr, London İqtisadiyyat Məktəbi (LSE) və Oksford Universitetində beynəlxalq münasibətlər üzrə magistr təhsili alıb.

1988-ci ildə “The Economist” jurnalının Varşava müxbiri kimi fəaliyyətə başlayaraq, kommunizmin süqutunu işıqlandırıb. Sonra “The Washington Post” qəzetində çalışıb. Hazırda “The Atlantic” jurnalının ştatlı yazarı və Cons Hopkins Universitetinin SNF Agora İnstitutunda dezinformasiya və təbliğat üzrə baş elmi işçidir.

Məşhur kitabları: “QULAQ: Tarix” (Gulag: A History), “Dəmir pərdə” (Iron Curtain), “Qırmızı aclıq” (Red Famine), “Demokratiyanın qürubu” (Twilight of Democracy) və “Avtokratiya MMC” (Autocracy, Inc.).

“QULAQ: Tarix” kitabına görə 2004-cü ildə jurnalistika sahəsində ən məşhur Pulitser mükafatına layiq görülüb. Bundan başqa Kandill mükafatı, Daff Kuper mükafatı və 2024-cü ildə Almaniya Kitab Ticarətinin Sülh Mükafatını alıb.

1992-ci ildə Radoslav Sikorski ilə ailə qurub və iki oğlu var. 2013-cü ildən həm də Polşa vətəndaşlığını alıb.

Qatı antikommunist, rusofob və sionist mövqeyi ilə seçilir.

Göründüyü kimi, Enn Eplbaum adi jurnalist deyil, Londonun yetişdirdiyi təbliğat generalıdır. Və yəqin ki, hazırlanan təxribatda (onun media “sousunda”) Ennin da rolu az olmayacaq.

…və çox güman ki, təxribat elə Polşada baş verəcək. Hər halda ən layiqli təxribat yeri buradır – əhalisi çoxdur, slavyandırlar və tarixən ruslara (Rusiyaya) nifrət edirlər, ordusu da Avropada ən böyüklərdən biridir. Həm də Baltik sahilində (dənizi Rusiyaya bağlamaq) və Kalininqradla sərhəddə yerləşir.

Asif Şəfəqqətov
Tacxeber.com

Oxşar xəbərlər

Benqazi hücumu: Müharibə 1700 km uzağa necə çatdı?

redaktor

İranı müharibəsiz ram etmək olarmı?

redaktor

Bir deputat mandatını çox görən hakimiyyət prezident kürsüsünü seçkiyə çıxararmı?

redaktor