“InterNations” platformasının 2026-cı il üzrə xaricdə yaşayan insanların məmnunluğunu ölçən reytinqində Birləşmiş Ərəb Əmirliklərinin Ras-əl-Xeymə şəhəri birinci olub. Mexiko ikinci, İspaniyanın Malaqa şəhəri isə üçüncü yerdə qərarlaşıb.
Tacxeber.com “InterNations”a istinadən xəbər verir ki, 33 şəhəri əhatə edən siyahıda yaşayış keyfiyyəti, iş şəraiti, şəxsi maliyyə vəziyyəti, uyğunlaşma və gündəlik həyatın təşkili qiymətləndirilib.
İlk onluq belədir:
| Yer | Şəhər | Ölkə |
|---|---|---|
| 1 | Ras-əl-Xeymə | BƏƏ |
| 2 | Mexiko | Meksika |
| 3 | Malaqa | İspaniya |
| 4 | Dubay | BƏƏ |
| 5 | Əbu-Dabi | BƏƏ |
| 6 | Lissabon | Portuqaliya |
| 7 | Sinqapur | Sinqapur |
| 8 | Madrid | İspaniya |
| 9 | Valensiya | İspaniya |
| 10 | Haaqa | Niderland |
Malaqada sorğu iştirakçılarının 86 faizi həyatından razı olduğunu bildirib. Bununla belə, şəhər iş və karyera imkanları üzrə daha zəif nəticə göstərib.
Berlin isə sonuncu — 33-cü yeri tutub. İştirakçılar mənzil tapmaqda çətinlik, bürokratiya və rəqəmsal xidmətlərdən narazılıqlarını bildiriblər. Nyu-York 32-ci, Frankfurt 31-ci olub.
Reytinq həmin şəhərlərdə yaşayan əcnəbilərin şəxsi qiymətləndirmələrinə əsaslanır.
