Dünya

Xaricdə yaşamaq üçün ən yaxşı şəhərlər açıqlanıb — Berlin sonuncudur

“InterNations” platformasının 2026-cı il üzrə xaricdə yaşayan insanların məmnunluğunu ölçən reytinqində Birləşmiş Ərəb Əmirliklərinin Ras-əl-Xeymə şəhəri birinci olub. Mexiko ikinci, İspaniyanın Malaqa şəhəri isə üçüncü yerdə qərarlaşıb.

Tacxeber.com “InterNations”a istinadən xəbər verir ki, 33 şəhəri əhatə edən siyahıda yaşayış keyfiyyəti, iş şəraiti, şəxsi maliyyə vəziyyəti, uyğunlaşma və gündəlik həyatın təşkili qiymətləndirilib.

İlk onluq belədir:

Yer Şəhər Ölkə
1 Ras-əl-Xeymə BƏƏ
2 Mexiko Meksika
3 Malaqa İspaniya
4 Dubay BƏƏ
5 Əbu-Dabi BƏƏ
6 Lissabon Portuqaliya
7 Sinqapur Sinqapur
8 Madrid İspaniya
9 Valensiya İspaniya
10 Haaqa Niderland

Malaqada sorğu iştirakçılarının 86 faizi həyatından razı olduğunu bildirib. Bununla belə, şəhər iş və karyera imkanları üzrə daha zəif nəticə göstərib.

Berlin isə sonuncu — 33-cü yeri tutub. İştirakçılar mənzil tapmaqda çətinlik, bürokratiya və rəqəmsal xidmətlərdən narazılıqlarını bildiriblər. Nyu-York 32-ci, Frankfurt 31-ci olub.

Reytinq həmin şəhərlərdə yaşayan əcnəbilərin şəxsi qiymətləndirmələrinə əsaslanır.

 

www.Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Kreml regionların büdcələrindəki kəsirləri kiçik biznesin hesabına bağlamaq istəyir

redaktor

Elon Mask Putinin altını üstünə çevirib

redaktor

Nvidia şirkətinin baş direktorunun məşuqəsi ilə Çin kəşfiyyat orqanları arasında əlaqələrin təfərrüatları açıqlanıb

redaktor