Cəmiyyətİdman

“Kəpəz” azarkeşləri, tələsib hər şeyi məhv edə bilərsiniz

Premyer Liqada 12-ci tur geridə qaldı. Öyrəndik ki…

– Gəncə yekdir!

– “Kəpəz” – “Qarabağ” matçını 15 500 nəfər tribunadan izlədi, mövsümün yeni rekordu oldu, amma bunda qeyri-adi heç nə yoxdur. Bu şəhərdə hər matça təxminən bu qədər azarkeş gəlir və tam dəstək verərək komandasını uğura daşıyır. Komandanın bu baxımdan bəxti gətirib.

– Azər Məmmədov isə yaxşı nəticələrlə özünə “problem yaradır”. Məhdud imkanları olan komandanı buralara qədər gətirməklə tərəfdarların gözləntilərini artırır, tələbləri yüksəldir. Təbii ki, bunda pis şey yoxdur və gedişata ancaq sevinmək olar. Sadəcə ümid edirəm ki, “Kəpəz” azarkeşləri küyə gedib onlara uğurlu çıxış nümayiş etdirən məşqçidən “mütləq avrokuboka vəsiqə” tələb etməyəcəklər. Bir az yavaş. Tələsib hər şeyi məhv edərsiz.

– “Qarabağ”da isə qeyri-sabitlik, daha doğrusu, sabit qolsuzluq və qələbəsizlik seriyası davam edir. Hücum xəttindəki problemlər ən yüksək həddə çatıb, həllini gözləyir. Məşqçi kimi dünən 900-cü matçına çıxan Qurbanovun bu həlli etmək bacarığı var. Sadəcə vaxt verilməlidir. Yəqin ki, ağdamlılar “Mançester Yunayted”dəki Ser Aleksdən sonrakı prosesin öz komandalarındakı təkrarını istəmirlər. Bu mövsümə keçid dövrü kimi baxmaq lazımdır. “Hər il çempion olunmalıdır” deyə bir qanun yoxdur.

– MY demişkən, Bəhlul Mustafazadə De Lixtdən beş baş üstün müdafiəçidir.

– Lider isə yenə “Neftçi”dir. Həm ağ-qaralar, həm də digər liderlik mübarizəsində olanlar – “Sabah” və “Turan” qələbə qazanaraq büdrəmədilər. Hər üçün səliqəli, ağıllı oynayaraq aktivlərinə lazımi xalları yazaraq turu itkisiz keçdilər. Premyer Liqada uğurun yolu turnir cədvəlinin aşağı yarısında olan komandalarla qarşılaşmalarda maksimum xal toplamaqdır. Bu işin öhdəsindən gələn favoritlər mövsümün sonunda qızıl medallara ən yaxın tərəf olacaqlar.

– Şamaxı və Yevlaxdakı süni örtüklər çempionatın inkişafına birbaşa zərbə vurur. Bu meydanlarda futbol oynamaq cinayətdir. Gəncədə, Qəbələdə, Sumqayıtda və digər yerlərdəki qazona futbolçu buraxıb, bu biri sünilərdə onlardan əlil düzəltmək cəhdləri heç olmasa növbəti mövsümdən dayandırılmalıdır. Olmaz belə.

– “Barselona” gəlir peykanlıya. Hazırlaşın.

 

Kənan Məstəliyev

Oxşar xəbərlər

Təcridxanada insident: Cavid Güləliyev qadın məhbusları təcavüzlə hədələdi

admin

İlham Əliyevin yanlış iddiası: Ermənistan ordusunda 12 min nəfər fərari olub

admin

Mehbalıyevin oğlu və Əli Həsənovun kürəkəni olan keçmiş polis zabiti İsfəndiyar Mehbalıyev Dubayda yaşayır

admin