DünyaSiyasət

Çin və Rusiyadan İrana “nüvə qulaqburması”: Araqçi “задняя скорость” moduna niyə keçdi?

Putin, Si Cinpin və Donald Trampın Şenjen sammitindəki görüşündən sonra Çindən və Rusiyadan İrana qulaqburması gəlib.

İranın Xarici İşlər naziri Abbas Araqçi 21.11.2026-cı il tarixində dövlət tərəfindən dəstəklənən bir qəzetə verdiyi müsahibədən belə anlaşılır.

Araqçi müsahibəsində bildirib ki, Çin və Rusiya Tehranın nüvə doktrinasında hər hansı dəyişikliyə razılıq verməyib.

O etiraf edib ki, bu məsələnin beynəlxalq aləmdə həm “tərəfdarları, həm də əleyhdarları” var. Və İranın ən yaxın müttəfiqləri sayılan Çin və Rusiya da ölkənin ənənəvi nüvə doktrinasını dəyişdirilməsini arzulamır. Nazir xatırladıb ki, Çin və Rusiyanın Tehranla strateji əməkdaşlıq müqavilələri var və İran onların sözündən çıxa bilməz.

Araqçi İranın özündə də nüvə doktrinası barədə yekdil fikir olmadığını qeyd edib: “Bəziləri ölkənin nüvə doktrinasının olduğu kimi qorunmalı olduğuna inanır. Digərləri isə onun dəyişdirilməsini tələb edirlər. Hər iki tərəfin öz arqumentləri və əsaslandırmaları var”.

“Əhəmiyyətli olan budur ki, doktrinamiz indiyə qədər dəyişməyib və rəsmi mövqeyimiz eyni olaraq qalır”, – Araqçı vurğulayıb.

Qeyd edək ki, İranın nüvə doktrinasının dəyişdirilməsi məsələsi ölkənin siyasi gündəmində, xüsusən də mühafizəkar dairələr arasında yenidən canlandırılıb. Bu müzakirələr İsrail və ABŞ-ın Tehrana qarşı başlatdığı və İranın nüvə obyektlərinə intensiv hücumlarla nəticələnən müharibədən sonra yenidən qızışıb. Dəyişikliyi dəstəkləyən bəzi şəxslər Tehranın çəkindirici gücünü artırmaq üçün belə bir addının atılmasının vacibliyinə inanırlar.

Tehranın ənənəvi nüvə doktrinası keçmiş dini lider Əli Xameneinin bir fitvasına söykənir. Fitvaya görə, nüvə silahları da daxil olmaqla bütün kütləvi qırğın silahlarının istifadəsi günahdır və qadağan edilməlidir.

Bir sözlə, Şenjen sammitinə qədər İran radikalları nüvə silahları istehsal edəcəkləri barədə boğazdan yuxarı bəyanatlar verirdilər. Ayın 19-da keçirilən sammitdən dərhal sonra Rusiya və Çin gözlərini elə ağardıblar ki, İran Xarici İşlər naziri Abbas Araqçi “задняя скорость” moduna keçmək məcburiyyətində qalıb.

 

Heydər Oğuz

Tacxeber.com

Oxşar xəbərlər

İranda elektrik kəsintisinə start verildi

redaktor

Fransada siyasi QALMAQAL. Məxfi məlumatlar Le Penin partiyasına ötürülüb

admin

Süni intellektlə köçürmə qalmaqalı naziri istefaya apardı

admin