DünyaGündəmHadisəQalmaqal

Reperə sui-qəsd iddiası: Danimarka Rusiya diplomatını ölkədən çıxarır

Danimarka ABŞ və Ukrayna vətəndaşlığı olan reper Kyivstonerə qarşı sui-qəsd planı ilə bağlı Rusiyanın Kopenhagendəki hərbi attaşesini ölkədən çıxarmaq qərarı verib.

Tacxeber.com “The Kyiv Independent”ə istinadən xəbər verir ki, noyabrın 20-də açıqlanan qərara əsasən, diplomata ölkəni tərk etmək üçün yeddi gün vaxt verilib. Rusiya səfiri də Xarici İşlər Nazirliyinə çağırılıb.

Danimarka təhlükəsizlik xidmətləri əsl adı Albert Vasilyev olan reperin sentyabrın 25-də keçirilməsi planlaşdırılan konsertindən əvvəl öldürülməsinin nəzərdə tutulduğunu bildirir. Polis müdaxiləsindən sonra konsert ləğv edilib.

İstintaq orqanları planı Rusiya kəşfiyyatı ilə əlaqələndirir. İş üzrə sui-qəsddə iştirakda şübhəli bilinən iki Danimarka vətəndaşı ittihamları rədd edir.

Rusiyanın Kopenhagendəki səfirliyi isə açıqlamada ittihamların sübutlarla əsaslandırılmadığını bildirib. Danimarka xarici işlər naziri Lars Lökke Rasmussen Moskva ilə diplomatik münasibətləri tam kəsmək istəmədiklərini, lakin sərt siqnal göndərdiklərini vurğulayıb.

www.Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

İranda qış öncəsi qaz böhranı: 11 əyalətdə çatışmazlıq xəbərdarlığı

admin

Netanyahunun rəqibləri arasında fikir ayrılığı: hökumət qurmaq çətinləşir

admin

Bahçelisayağı siyasi hallüsinasiya

redaktor