Dünyaİqtisadiyyat

Azərbaycan niyə özünü doyura bilmir?

90-cı illər yadıma gəlir. Azərbaycanda kəndlilər gedib sərhəddə iranlılara bir inəyi 2000 manata satırdılar. Üç inəyin puluna gəlib Bakıda ev alırdılar.

İndi qanlı müharibə gedən Ukraynadan ət və süd məhsulları gətiririk. Vətəndaş müharibəsindən təzə çıxmış Suriyadan kartof alırıq. Alma deyəndə vaxtilə Azərbaycanın adı yada düşürdü. Sovet vaxtı Quba alması haqqında nə qədər şeirlər, hekayələr yazılmışdı. İndi isə almanı Çindən alırıq.

Xaricdən hər il 3 milyard dollara yaxın yeyinti məhsulları alırıq. 10 milyonluq ölkə üçün bu, təhlükəli asılılıqdır. Üstünə də indi vergilər gələtirərək vəziyyəti ağırlaşdırırlar.

Su var, torpaq var, planetin ən gözəl iqlimlərindən biri var. Bəs problem nədir? Niyə kənd təsərrüfatımızın vəziyyəti səhralıq ərəb ölkələrinin belə gerisində qalır?

 

Orxan Atabəy

Tacxeber.com

Oxşar xəbərlər

Vaşinqtonun İranla bağlı ritorikası İraq müharibəsi öncəsi dövrü xatırladır

redaktor

İranda qış öncəsi qaz böhranı: 11 əyalətdə çatışmazlıq xəbərdarlığı

admin

Netanyahunun rəqibləri arasında fikir ayrılığı: hökumət qurmaq çətinləşir

admin