CəmiyyətGündəm

Ömər Xəyyamın qəbrinə tüpürənlər nələr etməz?

Türkiyəli alim Cəlal Şengör Ömər Xəyyam haqqında yazır: «Hayyam üniversal bir adamdır». Onu İslam dünyasının yetişdirdiyi ən böyük elm adamlarından biri kimi təqdim edir.

Ömər Xəyyam deyəndə çoxlarının yadına şərab və rübai düşür. Halbuki Xəyyam üçüncü dərəcəli tənliklərin həllini həndəsədə axtaran riyaziyyatçı, astronomik cədvəllər hazırlayan və təqvim islahatında iştirak edən alim idi. Bir adamın ömrü boyu gördüyü bu qədər işi bir qədəh şərabın kölgəsində qoymuşuq.

Onun haqqında qəribə bir əhvalat var. Şengör Cehaletten Kurtulma Sanatı: Kim Kimdir? kitabının 180-ci səhifəsində yazır ki, rəvayətə görə, İsfahandan Məşhədə ziyarətə gedən bəzi adamlar sırf Xəyyamın məzarına tüpürmək üçün Nişapura uğrayarmışlar. Cahillər zənn edirlərmiş ki, Ömər Xəyyam islama ləkədir. Təəssüf ki, Şengör həmin yerdə bu rəvayəti hansı mənbədən götürdüyünü göstərmir. Amma hekayənin məni düşündürən tərəfi budur: insan bəzən bir alimin nə dediyini öyrənməyə vaxt ayırmır, amma onu mühakimə etməyə həvəslə vaxt tapır.

Xəyyama aid edilən rübailərdə şərab da var, dünyanın faniliyi də, insanın taleyi barədə narahat suallar da…

Bəzən böyük alimləri sağlığında kənara itələyən cəmiyyətlər, onlar öləndən sonra adları ilə fəxr edirlər. Çünki bir alimin xatirəsini əziz tutmaq, sağlığında onun narahat suallarına qulaq asmaqdan daha asandır.

Xəyyamın məzarına tüpürüb-tüpürmədiklərini bilmirəm. Amma bir alimin sualına cavab vermək əvəzinə onu susdurmağa çalışırıqsa, o əhvalatın bizə aid tərəfi hələ bitməyib…

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Əli haqlıdır, yoxsa Rauf?!

redaktor

Reperə sui-qəsd iddiası: Danimarka Rusiya diplomatını ölkədən çıxarır

admin

Paşinyandan siyasi risk: Referendumun nəticəsindən asılı olaraq istefa və baş nazirlikdən imtina vədi

redaktor