CəmiyyətHadisəKriminalTəhsil

BDU dosentinin intiharı… Bəzi suallar və qənaətlər

Bakı Dövlət Universitetinun dosenti Nəriman Süleymanovun (Qocatürk) intiharı təəssüflü hadisədir. Əgər rəsmi məlumatda kənardan təsirlə, qəsdlə olan ölüm yoxdursa, doğmaları da qətl şikayətli deyillərsə və həm də yuxarı dövlət instansiyalara ölümündən əvvəl yazdığı müraciət deyilən yazı mətnini əsas götürsək, özünəqəsd, intihardır bu. İntihar növü, konkret bilavasitə ölüm səbəbi hələ ki, açıqlanmasa da.

Müraciət həqiqətdirsə, N.Süleymanov ona 12 noyabrdan bəri (cəmi bir həftə ərzində) şər və böhtan kampaniyası aparıldığını, guya bir qrup tələbə qıza qarşı əxlaqsız hərəkətlər etməsi və həmin qızlara qarşı da, əxlaqsızlığına aid heç bir dəlil-sübut olmadığını vurğulayıb.

“Səsimin eşidilməz olduğunu nəzərə alaraq, mənə atılan çirkab övladlarıma sıçramasın deyə, intiharı yeganə çıxış yolu seçdim. Bu yazını Facebook səhifəmdə yerləşdirərək bu dünyadan gedirəm. Sizdənsə (dövlətdən) tək istəyim mənim qatillərimi tapıb, onların layiq olduqları cəzanı verin. Kimsənin haqqı yox ki, mənim ailəmi başsız, övladlarımı isə gözü yaşlı qoysun”, – N.Qocatürk yazıb.

Nə demək olar, bu barədə?

İntihar ağır psixoloji addımdır, çarəsizliyin və çıxılmazıığın da, ən son nöqtəsidir. Və cəmi 1 həftə müddətində haqqında başlayıb davam edən bir kampaniya nə qədər faktlı, şiddətli “partlayış” şəkilli və təzyiqli olub ki, insan belə tezcə ölümünü seçib? Bu müddətdə hadisələr çox tez cərəyan edib: onun “səsini eşitməyən” tərəflərə səslənməsi, şikayətləri, bəzilərindən (yəqin rektörluqdan) aldığı hansı sərt qınaqlı reaksiya, təzyiq.olub, onu intihara yönəldən?

Bununla belə, güman etmək olmur ki, heç bir suçu olmayan, fakt qarşısında qalmayan bir şəxs, əsassız yalan şər-böhtana müqavimət göstərməsin, mübarizəsini aparmasın. Belə halda onu da düşünmək olar ki, az və ya çox dərəcəli suçu ola bilsə belə, şəxs abır-həyalı, tənqidə qarşı çox həssas və ailəsi, cəmiyyət qarşısında şəxsiyyətini qoruma yönlü olmuş. Bəziləri kimi, öz suçuna yön vecsiz olmamış. Və bu intiharla, yenə vicdanını üstün seçmiş.

Etik, həssas məsələdir, çox dərinə getmirəm.
Prokurorluq araşdırması daha dəqiq aydınlıq verər. Allah rəhmət eləsin, haqqına qarışdırsın.

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Kiyev üçün təhlükəsizlik təminatları və Çinin nüvə silahı çağırışı

admin

Ölkənin ana təhsil ocağı da belə rüsvay oldu…

redaktor

Tanınmış vəkilə saxta ittihamla 8 il

redaktor