DünyaSiyasət

Putin: “Bundan sonra nə olacağını yalnız Allah bilir”

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpinin iştirakı ilə keçirilən üçtərəfli sammiti çox faydalı adlandırıb. O, görüşün səmimi atmosferdə keçdiyini və liderlərin bir-birini daha yaxşı başa düşməsinə imkan verdiyini bildirib.

Putin görüşdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib: “Üçtərəfli sammitdəki müzakirə çox səmimi keçdi və bir-birimizi daha yaxşı başa düşməyimizə imkan verdi”.

Rusiya lideri tərəflər arasında qarşılıqlı anlaşmanın qorunub saxlanılacağına ümid etdiyini bildirib.

“Bundan sonra nə olacağını yalnız Allah bilir, amma mən qarşılıqlı anlaşmanın olmasını istərdim”, – deyə o qeyd edib.

Putin həmçinin ABŞ prezidenti Donald Trampın Rusiya-Ukrayna münaqişəsini həll etmək və Rusiya ilə ABŞ arasında əməkdaşlıq qurmaq səmimi istəyinə şübhə etmədiyini bildirib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Gürcüstana aparılmaq üçün kökündən çıxarılan nəhəng ağaclar müsadirə olunub

admin

Tramp–Si görüşündən sonra: Rəqabət bitmir, yeni mərhələyə keçir

redaktor

Ukrayna Krım körpüsünə hücumlarını davam etdirir

redaktor