Dünən gecə Rusiya və Ukrayna körpülərə zərbələr endiriblər: Ukrayna ilhaq edilmiş Krımda Krım körpüsünə, Rusiya isə Kiyevdə körpülərə zərbələr endirib.
Zərbə Krım körpüsünün tağına zərər vurub. Nəqliyyatın hərəkəti dayandırılıb.
Krım körpüsünə gecə hücumu zamanı Ukrayna Silahlı Qüvvələri pilotsuz qayıqlardan atılan qanadlı raketlərdən, kamikaze PUA-larından və FPV dronlarından istifadə edib.
Rusiya Kiyevdəki körpülərə ballistik raket zərbəsi endirib. Gecə baş verən atəşdən sonra metro qismən bağlanıb: yerüstü infrastrukturun zədələnməsi səbəbindən Osokorki və Çervoni Xutor stansiyaları arasında qatar xidməti dayandırılıb. Qatarlar yalnız Sırets və Vıdubiçi arasında hərəkət edir.
Kiyev meri Vitali Kliçko Şimal və Cənub körpülərinə, eləcə də vacib infrastruktur obyektlərinə dəyən ziyan barədə məlumat verib.
