DünyaQalmaqalŞikayətSiyasət

ABŞ–Çin görüşü ərəfəsində çip gərginliyi: Vaşinqton məhdudiyyətləri sərtləşdirir

ABŞ prezidenti Donald Trampla Çin sədri Si Cinpinin gözlənilən görüşü ərəfəsində Vaşinqton Çinin qabaqcıl süni intellekt çiplərinə çıxışını məhdudlaşdıran yeni qayda açıqlayıb.

Tacxeber.com Reuters agentliyinə istinadən xəbər verir ki, noyabrın 16-da elan olunan tədbir Çin şirkətlərinin üçüncü ölkələrdəki məlumat mərkəzləri vasitəsilə Amerika texnologiyalarından məsafədən istifadəsini məhdudlaşdırmağı nəzərdə tutur.

Yeni qaydaya əsasən, Sinqapur, Tailand, Malayziya, İndoneziya və Braziliyadakı şirkətlər ən qabaqcıl çiplərin tədarükü üçün ABŞ-dan ixrac lisenziyası almalıdırlar. ABŞ Ticarət Nazirliyi məqsədin mövcud məhdudiyyətlərin xaricdəki məlumat mərkəzləri vasitəsilə aşılmasının qarşısını almaq olduğunu bildirib.

Tramp və Si Cinpinin noyabrın 19-da Çinin Şençjen şəhərində görüşəcəyi gözlənilir. Analitiklərin fikrincə, çip ixracına nəzarət danışıqların əsas mövzularından biri olacaq.

Texnologiya sahəsində rəqabətə baxmayaraq, tərəflər süni intellektin təhlükəsizliyi üzrə əməkdaşlıq imkanlarını da müzakirə edirlər. Ciddi süni intellekt insidentləri barədə qarşılıqlı xəbərdarlıq mexanizmi gündəmdə olsa da, hələ fəaliyyətə başlamayıb.

 

Mənbə: Reuters

www.Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Ukrayna Krım körpüsünə, Rusiya isə Kiyevdəki körpülərə zərbələr endirdi

redaktor

Avropadan Moskvaya mesaj: əvvəl atəşkəs, sonra təhlükəsizlik danışıqları

admin

Həbsdə olan jurnalist Şəmsad Ağanın təcili əməliyyata ehtiyyacı var

admin