DünyaGündəmMuharibə

İsrail xəstəxananı raketlə vurdu

HƏMAS komandiri Məhəmməd İsmayıl İsrail əsgərlərinə və dinc sakinlərinə qarşı hücum planları hazırlayan əsas şəxsdir. O, uzun müddət Qəzzada xəstəxanadan gizlənirdi.
İsrail kəşfiyyatı bundan xəbərdar olub. Onlar uzun müddət xəstəxanaya nəzarət ediblər ki, Məhəmməd oradan çıxanda onu vursunlar.

Amma Məhəmməd dəfələrlə xəstəxanadan yəhudilərin xəbəri olmadan çıxıb.
O, HƏMAS-çılarla birgə israilli dinc sakinlərə, əsgərlərə qarşı müxtəlif terror hücumları həyata keçirərək geri xəstəxanaya qayıda bilirmiş. Məhəmmədi heç cür yaxalaya bilməyən yəhudilər qərara gəlirlər ki, xəstəxananı vursunlar.

12 noyabrda xəstəxana vurulur, Məhəmməd İsmayıl ağır yaralansa da, sağ qalıb, ayağının birini amputasiya ediblər. Yenə İsraili soyqırımda, dinc insanları öldürməkdə ittiham edənlər var, təbii ki. Amma İsrailin başqa çıxış yolu da qalmamışdı. Çıxış yolu qalmayanda xəstəxana, məktəb, məscid də legitim hədəfə çevrilə bilir. Burada isə günahkar o obyekti vuran yox, həmin obyektdən qalxan kimi istifadə edən terrorçudur.

 

Xəyal Əzizbəyli

Tacxeber.com

Oxşar xəbərlər

İstanbul–İrəvan arasında ilk müntəzəm yük reysi həyata keçirilib

admin

Ukrayna Rusiyada neft emalı zavoduna və yarımstansiyasına zərbə endirib

redaktor

Krım körpüsünə ardıcıl ikinci gecə hücum: hərəkət yenidən dayandırılıb

admin