Putin axır vaxtlar sayaqlamağa başlayıb ki, bəs NATO hansısa razılığı pozub, 1997-dən sonra alyansa yeni üzvlər qəbul edib. Belə bir razılıq heç vaxt olmayıb. Olsaydı belə, təbii ki, birtərəfli olmazdı. Belarus 1993-cü ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qoşulub. Əgər tərəflərin bir-birilərinin sərhədlərinə doğru genişlənməmək barədə razılığı olsaydı, onda Belarus da KTMT-yə üzv olmazdı, yaxud da olmamalıydı. Əgər üzv olubsa, bu o deməkdir ki, ya razılıq yoxdur, ya da olub, ruslar pozub bunu birinci.
Hara fırlatsan, Putin, Rusiya haqsızdır. Finlandiyanın da NATO-dan çıxmasını tələb edir. Sənə kim dedi ki, Ukraynaya hücum elə, Finlandiya da bundan sonra NATO-ya üzv olub Peterburqun yaxınlığına gətirib raketlərini cəmləsin? Putin bütün bunları görür, görür ki, İngiltərənin nüvə başlığı daşıyan sualtı qayıqları artıq rahatlıqla Finlandiya, NATO sularında, Peterburq yaxınlığında keşik çəkir. Buna görə də başını itirib, aqoniyadadır, heç nə edə bilmir.
Ukrayna ilə danışıqlar zamanı şərtlərini daha da sərtləşdirir, həm daxilə, həm də xaricə sübut eləməyə çalışır ki, vəziyyətə onlar nəzarət edir. Əslində isə tam əksinədir, bu mənasız danışıqlar yanvar ayında yeni Konqres formalaşan qədər davam edəcək. Yanvar ayından sonra demokratların Putinə gözləmədiyi sürprizləri olacaq.
