CəmiyyətKriminalMaraqlı

Başqa qadınla tutduğu ərini 12 bıçaq zərbəsi ilə qətlə yetirən Əfsanə cəzadan azad edildi

“Sərhədçi” idman kompleksinin kikboksinq üzrə məşqçisi Nurani Qalabəylinin qətlində ittiham olunan həyat yoldaşı Əfsanə Qalabəylinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Əfsanə Qalabəylinin psixoloji vəziyyəti ilə bağlı Məhkəmə psixiatrik ekspertizası üzrə Ekspert komissiyasının rəyinin nəticəsi açıqlanıb.

Ekspertiza rəyində göstərilib ki, yoxlanılan şəxs Əfsanə Xəlil qızı Qalabəylidə hazırda “orta dərəcəli depressiv pozuntu, təşviş əlamətləri ilə” formasında psixi patologiya müəyyən edilib:

Qərara əsasən, Əfsanə Qalabəyli barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilib.

İttihama görə, 2022-ci il sentyabrın 2-də saat 12 radələrində 1974-cü il təvəllüdlü Nurani Qalabəylinin yaşadığı mənzildə öldürülməsi barədə Xətai Prokurorluğuna məlumat daxil olub.

İstintaq sənədlərinə görə, Nurani Qalabəyli Əfsanə ilə birgə yaşadığı evə başqa-başqa qadınlar gətirib. Onlarla arvadının yanında intim əlaqədə olub. Hətta Əfsanəni onlara qulluq göstərməyə də məcbur edib.

Əfsanə Qalabəyli məhkəmədə verdiyi ifadəsində bildirib ki, əri illərdir ona əziyyət verib, döyür, təhqir edir, özü və uşaqları evdə ola-ola münasibətdə olduğu qadınları gətirirdi.

Təqsirləndirilən şəxsin sözlərinə görə, onu və uşaqlarını bir otağa salıb bağlayır, digər otaqda gətirdiyi qadınla intim əlaqədə olur.

Əfsanə Qalabəyli deyib ki, dəfələrlə ərinə xəbərdarlıq edib, uşaqların böyüdüyünü, onların qarşısında bu cür hərəkətlərin yolverilməz olduğunu nəzərinə çatdırıb. Bu isə dava-dalaşla nəticələnib.

 

Aqil Qarayev

Oxşar xəbərlər

Köhnə rəisin yenidən vəzifəyə qayıdışı: “Kabus geri döndü”

admin

Dövlət müəllimə, valideyn isə repetitora pul ödəyirsə, məktəb kimə və nəyə lazımdır?

redaktor

Ağır əməliyyat keçirmis siyasi məhbusun dərhal həbsxanaya qaytarılması dəhşəti

redaktor