DünyaSiyasət

Bəziləri yazır ki, bizim Əli Kərimli Ərdoğana mesaj zəng etsə, nə baş verər?

Məsələ burasındadır ki, İlham Əliyevə zəng edən həbsdə olan Əkrəm İmamoğlu yox, azadlıqda olan Özgür Özəldir. O həm də deputatdır, parlamentdə böyük bir heyətlə təmsil olunur.

Bunlar çox önəmlidir. Təsəvvür edin ki, AXCP qurultay keçirdir və həbsdə olan sədrini ya Seymur Həzi, ya da Fuad Qəhrəmanlı ilə əvəz edir. Ərdoğan onların zənginə cavab verərmi?

Yəni problem son dərəcə fərqlidir. Bizdəki müxalifət sadəcə oyuncaqdır və bunun əsas günahı da özündədir.

Azərbaycanda əsl real müxalifət ola biləcək şəxslərin və qüvvələrin ortaya çıxmasına imkan verilmir. Özü də bunu hakimiyyət təkbaşına etmir. Qərb, Rusiya, Türkiyə və indiki oyuncaq müxalifət ona kömək edir.

Bunlardan danışmaq lazımdır. Xalq heç vaxt yalançılara geniş dəstək verməyəcək. Şərait yetişməyənə qədər düzdanışanları da dəstəkləməkdən qorxacaq…

 

Nadir Quliyev

Tacxeber.com

Oxşar xəbərlər

Hicab və digər adi dini qaydalardan radikal islamın, ekstremizmin sui-istifadə planları…

redaktor

İranın vitse-prezidenti Həmid

redaktor

Türkiyə–Azərbaycan münasibətləri yalnız iki ölkə üçünmü əhəmiyyətlidir?

redaktor