DünyaSiyasət

Maraqlı məqamlar

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfəri zamanı təyyarədən həm prezident İlham Əliyevə, həm də Azərbaycan xalqına salam söyləyib.
Zəfər Günü münasibəti ilə təbrikini çatdırıb.

R.T.Ərdoğan hakimiyyəti dövründə bir sıra maraqlı xüsusiyyətləri ilə gündəmi zəbt etməyi bacarıb.
Əsasən də bədən dili və subliminal mesajlar ötürməklə, siyasi arenada özünə xarizma çizməyə çalışıb.

Bu ilin Oktyabrında İsrail prezidenti İsaak Hersoq Azərbaycan Hava Yollarına məxsus “ŞUŞA” təyyarəsi ilə ölkəmizə səfər etmişdi.
Bu səfər baş tutduqdan sonra, Türkiyə tərəfi etirazını bildirmişdi.
Buna səbəb, İsrail prezidentinin AZAL-a məxsus təyyarə ilə ölkəmizə səfəri barədə Türkiyə tərəfinin məlumatlandırılmaması idi.

Xatırladım ki, Azərbaycana səfərdən bir neçə ay öncə, prezident İ.Hersoq İsrailə məxsus təyyarə ilə səfər üçün Türkiyə səmasından istifadə etmək istəsə də, qardaş ölkə buna izin verməmişdi.

Bəs, İsaak Hersoqun “ŞUŞA” təyyarəsi ilə Azərbaycana səfəri hansı mesajları ötürür və ya əsl məqsəd nədir?

Sürətlə inkişaf edən hadisələrə həm Azərbaycan, həm də Türkiyə hakimiyyətinin baxdığı prizmadan baxaq.

Azərbaycan hakimiyyətinin maraqlarına uyğun prizmadan baxdıqda :

1.İran-İsrail/ABŞ arasında davam edən gərginliyi nəzərə alıb, təhlükəsizliyi təmin etmək məqsədi ilə səfər ölkəmizə məxsus təyyarə vasitəsilə həyata keçirilib.

2.Dünyaya İsrail-Azərbaycan dostluğunun daha da möhkəm olması mesajını ötürmək üçün bu addım atılıb.

Bir neçə ilə əvvəl İsrailin Baş Naziri Benyamin Netanyahu tribunada çıxışı zamanı barmaqlarını birləşdirərək, Azərbaycan bizim qardaşımızdır.
Biz qardaşıq deyə, jest etmişdir.
İsrail prezidentinin bizim təyyarə ilə səfərini bir tərəfdən də bu jestə cavab kimi dəyərləndirmək olar.

3.İki ölkə arasında dostluq bağı o qədər möhkəmdir ki, səfərin hansı təyyarə ilə baş tutması önəm daşımır.
Yəni bizim təyyarə, sizin təyyarə fərqi nəzərə çarpmır.
Bizə məxsus olan, həm də qardaşımıza məxsusdur mesajı ötürülür.

4.Türkiyə ilə Azərbaycan arasındakı gərginliyə biraz da rəng qataraq qıcıq yaratmaq məqsədi güdə bilər.

Türkiyə hakimiyyətinin maraqlarına uyğun prizmadan baxdıqda :

1. Türkiyə tərəfi etiraz etməsi ilə Azərbaycana bildirmək istəyir ki, biz İsrail prezidentinə bu ölkəyə məxsus təyyarə ilə hava məkanımızdan keçməyə icazə vermədik.
Belə olan halda, niyə gizli şəkildə hava məkanımızdan istifadə edir?
Bizim məkanımızdan icazəsiz istifadəsinə Azərbaycan olaraq niyə şərait yaratmısınız?

2.Türkiyə hakimiyyəti qardaşlıq yarışında İsrailin onları əvəz etməsini həzm edə bilməz.
Buna icazə verməyəcəyik.

3.Azərbaycana məxsus təyyarə ilə İsrail prezidentinin səfərini, yəhudilərin Azərbaycana tam yiyələnməsi kimi qəbul edir.
Bunu R.T.Ərdoğan iqtidarı birbaşa dilə gətirməsə də, özünə məxsus media vasitələri ilə təbliğ edir.
Dəqiq desək, Türkiyə tərəfi İsrailin Azərbaycana tam sahibləndiyini, ölkəmizə aid nə varsa, bundan sonra yəhudilərə məxsus olacağını açıq şəkildə qeyd edirlər.

Türkiyə prezidenti R.T.Ərdoğanın Azərbaycan Hava məkanından salam göndərməsini bir neçə subliminal mesaj formasında dəyərləndirək.

1.Bununla R.T.Ərdoğan demək istəyir ki, mən İsrail prezidenti kimi hava məkanından gizli keçmirəm və təhlükəsizliyimin təmin edilməsi öz əlimdədir.

2.Ölkəmə məxsus təyyarə ilə qardaş ölkəmin səmasından keçərkən, qardaş bilib güvənirəm.
Azərbaycanın əsl qardaşı, dostu bizik.

3.İsrailin Türkiyəni əvəzlənməsinə əsla, icazə verilməyəcək.

Qardaş ölkə prezidenti müsahibəsi zamanı daha bir mesaj da ötürüb.
Örtülü mesajında bildirib ki, hər hansı fövqəladə hadisə, vəziyyət baş verməsə, “Zəfər Günü” Azərbaycana səfər edəcək.

Fövqəladə hadisə dedikdə, Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə hakimiyyətinə qarşı tutduğu mövqeyini nəzərdə tutur.

Yəni yumşalma olsa, gələcəm!

 

Ramin Əliyev

Tacxeber.com

Oxşar xəbərlər

Ərdoğanın Bakı səfəri: münasibətləri yumşaltmaq fürsəti

redaktor

Qardaşlığın qorunması üçün ortaq milli dəyərlər önə çıxmalıdır

redaktor

Ağ Ev sülhə, erməni lobbisi qarşıdurmaya? Vaşinqton–İrəvan paradoksu

redaktor