DünyaSiyasət

Demokratların qələbəsi ANCA-nın qələbəsidir

“Demokratların qələbəsinə sevinməliyikmi?” başlıqlı yazını yazmaqda məqsədim duyğusal toplumu rasional düşünməyə, Konqresdə qüvvələr nisbətinin dəyişməsinin Azərbaycanın maraqlarına nə qədər uyğun olması sualı ətrafında düşünmək, normal müzakirələr aparmağa dəvət etmək idi. Təəssüf ki, mənim rasional düşünməyə dəvətim facebook fəallarının bir hissəsini qane etməyib. Nə deyim, görünür son 35 il onlara dərs olmayıb.

Demokratların qələbəsinə sevinmək üçün ən çox səbəbi olan birisi varsa o da, ANCA-dır. Ermənilərin ABŞ-dakı ən böyük lobbi təşkilatı ANCA (Armenian National Committee of America) Nümayəndələr Palatasına seçkilərdə dəstəklədikləri 55 namizəddən 50-nin qalib gəldiyini bəyan edib.

ANCA ərəb əsili müsəlman Abdul əl-Sayidin Senata seçkilərdə qələbəsini özünün əsas uğuru adlandırıb. Abdul Əl-Sayed isə ermənilərin dəstəyini özü üçün ən böyük şərəf adlandırıb. Bütövlükdə ANCA-nın Senata seçkilərdə dəstəklədiyi 7 namizədin hamısı qalib gəlib. Onların arasında Kristofer Pappas da var. ANCA Pappasın qələbəsini ən böyük qələbəsi adlnadırıb. Çünki, Pappas Azərbaycanın dostlarından olan respublikaçı Con Edvard Sununa qalib gəlib.
ANCA-nın düzənlədiyi tədbirdə çıxış edən Abdul Əl-Sayed bəyan edib ki, “Azadlıq Aktına 907-ci düzəliş var və Amerika vergi ödəyicilərinin bir dolları da Ermənistana və Artsaxa hücum edən təcavüzkarı silahlandırmağa xərclənməməlidir”. Abdul Əl-Sayed ANCA-nın qarşısında çıxışı zamanı bildirib ki, Ağ Evin bu qanunu pozması əbədi olaraq dayandırılmalıdır.

ANCA dəstəklədiyi namizədlərdən ermənilərin Qarabağa qaytarılmasını təmin etmək üçün qanunlar qəbul etməyə çağırıb. Belə görünür ki, Konqres demokratların idarəçiliyinə keçdikdən sonra ermənilərin Qarabağa qaytarılması ilə bağlı Konqresin təzyiqləri ilə üzləşəcəyik.
Bütün bunları ona görə yazıram ki, bir çoxları bilgisizlikdən və duyğusallıqla demokratların qələbəsini təbliğ edir. Ancaq bütün bunları bilə-bilə yenə də demokratların qələbəsinə sevinənlər var. Belə görürünür ki, birləri üçün “Azərbaycan üçün nə qədər pis olsa, bizim üçün o qədər yaxşıdır” devizi keçərlidir. Bunu onların facebook-dakı paylaşımlarından, youtube yayımlarından aydın görmək olar. Halbuki, Məhəmməd Əmin Rəsulzadə hətta sovet Azərbaycanın da uğurlarına sevinib.

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Necə oldu ki, Amerika xalqı Tramp kimi birisini seçdi?

redaktor

Avropadan inciyib Rusiyaya köçmüşdü

redaktor

Tramp: Növbəti bir-iki həftə ərzində çox şey görəcəksiniz

redaktor