Deyirlər ki, İran Azərbaycan sərhədinə yaxın ballistik raketlər yerləşdirir və bunu Azərbaycanı hədələmək üçün edir. Bunu iddia edənlər isə özlərini həddindən artıq savadlı, bilikli, dahi hesab edən ekspertlərimizdir.
Əvvəla, sərhədlər bağlıdır, İran heç nə edə bilməz!
İkincisi, əgər ballistik raket Azərbaycan sərhədinə yaxın əraziyə yerləşdirilibsə, bu o deməkdir ki, İran istəsə də həmin raketlə Azərbaycanı hədəf ala bilməz. Çünki o raket havaya qalxıb sürət yığanda Azərbaycanın hava məkanından çıxacaq. Bir sözlə, İran Azərbaycana qarşı ballistik raketi məhz öz ölkəsinin mərkəzi hissələrindən ata bilər. Öz ölkəsinin coğrafi dərinliyindən xəbərsiz adamların dünyaya kəllə atması da ayrı komediyadır.
Üçüncüsü, İran ballistik raketlərini bunkerlərdə, yeraltı şəhərlərdə saxlayır, ora-bura daşınanlar isə sadəcə maketlər və ya operativ-taktiki raketlərdir. Loru dildə desək, geoməkan kəşfiyyatı ilə məzələnmək cəhdidir.
Dördüncüsü, Azərbaycanın hava hücumundan müdafiə (HHM) sistemləri kifayət qədər güclüdür. İran heç vaxt Azərbaycana qarşı istifadə edəcəyi ballistik raketlərini Azərbaycanın HHM sistemlərinin “ağzının içinə” yığmaz.
Hələ biri də deyir ki, İran cənubda azərbaycanlıların ayağa qalxmasından qorxur, ona görə Təbrizə, Ərdəbilə ballistik raket yığır. Mitinqə qalxanları ballistik raketlə vuracaqlar?
Bunlar ballistik raketlərdən elə danışırlar ki, elə bil ballistik raket “İqla”-zaddır.
