DünyaSiyasət

Netanyahu iki şərtlə genişləndirilmiş sağçı koalisiyaya razıdır: ərəblər olmadan və onun rəhbərliyi altında

İsrailin diaspor işləri üzrə naziri, Netanyahunun başçılıq etdiyi “Likud” partiyasının rəhbərlərindən biri eyni partiyanı təmsil edən Knesset spikerinin vəzifədən kənarlaşdırılmasını “arxadan zərbə”, ərəb deputatlarını isə “beşinci kolon” adlandırıb.
⠀
Tezliklə Netanyahunun özü bütün partiyaların iştirakı ilə genişləndirilmiş sağçı hökumətə iki şərtlə razı olduğunu bəyan edib: “terrorizm tərəfdarları” adlandırdığı ərəbləri kənarda qoymaq və hökumətə özü rəhbərlik etmək.
⠀
İsrail sağçıları fələstinlilərin Knessetdə olmasına qarşı çıxır, buna yol versələr belə, yalnız siyasi çəkisi olmayan “dekorativ vazalar” rolunda.
⠀
İsrail demokratiyasının ilk real sınağı məhz bunu göstərib: ərəb seçicilərin əksəriyyəti seçkiləri boykot etdikcə və onların deputatları qüvvələr nisbətinə təsir göstərmədikcə, ərəblər də daxil olmaqla azlıqların iştirakı tərif olunurdu.
⠀
Lakin onların səsləri əhəmiyyət kəsb edən kimi, əvvəllər onların iştirakı ilə öyünənlər onlara qarşı çıxıblar.

⠀
Elçin Alıoğlu

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ Konqresinə seçkilərdə mavi dalğa gözlənilirdi, hazırda mavi tsunami baş verir

redaktor

ABŞ-də əsas məsələ seçkinin nəticəsi deyil, seçkidən sonrakı siyasi davranışdır

redaktor

ABŞ-da “9 ballıq zəlzələ”nin episentri…

redaktor