İsrailin diaspor işləri üzrə naziri, Netanyahunun başçılıq etdiyi “Likud” partiyasının rəhbərlərindən biri eyni partiyanı təmsil edən Knesset spikerinin vəzifədən kənarlaşdırılmasını “arxadan zərbə”, ərəb deputatlarını isə “beşinci kolon” adlandırıb. ⠀ Tezliklə Netanyahunun özü bütün partiyaların iştirakı ilə genişləndirilmiş sağçı hökumətə iki şərtlə razı olduğunu bəyan edib: “terrorizm tərəfdarları” adlandırdığı ərəbləri kənarda qoymaq və hökumətə özü rəhbərlik etmək. ⠀ İsrail sağçıları fələstinlilərin Knessetdə olmasına qarşı çıxır, buna yol versələr belə, yalnız siyasi çəkisi olmayan “dekorativ vazalar” rolunda. ⠀ İsrail demokratiyasının ilk real sınağı məhz bunu göstərib: ərəb seçicilərin əksəriyyəti seçkiləri boykot etdikcə və onların deputatları qüvvələr nisbətinə təsir göstərmədikcə, ərəblər də daxil olmaqla azlıqların iştirakı tərif olunurdu. ⠀ Lakin onların səsləri əhəmiyyət kəsb edən kimi, əvvəllər onların iştirakı ilə öyünənlər onlara qarşı çıxıblar.