DünyaSiyasət

İsrailə sədaqət partiyaya sədaqətdən yüksək imiş!

Bu gün Miçiqan ştatının 2 senatorundan biri seçilməlidir (digərinin müddəti hələ bitməyib). Bu yer uğrunda Demokratlar partiyasından Əbdülrəhman Məhəmməd Əl-Sayed, Respublikaçılar partiyasından Mayk Rocers mübarizə aparırlar.

ABŞ-da hər hansı partiya vahid namizəd irəli sürmək üçün yekun seçkilərədək öz partiyası daxilində praymeriz (ilkin seçkilər) keçirir. Praymerizdə qalib gələni bütün partiya dəstəkləyir. Demokratlar partiyasının Miçiqan ştatı üzrə Senata praymerizində 2 əsas namizəd var idi: İsraili kəskin tənqid edən, fələstinlilərə qarşı soyqırımda günahlandıran Məhəmməd Əl-Sayed və qatı İsrailpərəst Heyli Stivens. Stivens hazırda Nümayəndələr Palatasında konqresmendir, lakin daha yuxarı palataya keçmək istəyirdi.

Trampın və AIPAC-ın bütün səylərinə, qara PR-na, milyonlarla pul xərcləməsinə baxmayaraq, avqustda keçirilən praymerizdə Əl-Sayed qalib gəldi (https://www.facebook.com/asif.shafaggatov.3/posts/4458708544445222).

Bundan sonra partiya etikasına görə Stivens fikir ayrılığını bir kənara qoyub, Əl-Sayedi müdafiə etməli idi. Müdafiə etməsi barədə bir söz deyə bilmərəm, amma 1 noyabradək Stivens ictimaiyyət arasında Əl-Sayedin əleyhinə danışmadı.

Bu müddət ərzində isə Trampın Əl-Sayedə hücumları və AIPAC-ın böhtanları (onu terroristlərin müdafiəçisi, antisemit, qaragüruhçu və sair kimi təqdim edirdilər) daha da gücləndi. Tramp da, AIPAC da İsrailpərəst respublikaçı Mayk Rocersin seçilməsini istəyirlər. Lakin seçki günü yaxınlaşdıqca, Əl-Sayedə qarşı qara PR onun lehinə işləməyə başladı – əgər kampaniyanın əvvəlində, rəy sorğularına əsasən, onlar arasında fərq 1-2% idisə, son günlər bu fərq Əl-Sayedin xeyrinə 11%-ə yüksəlib. Aydındır ki, qeyri-adi bir şey baş verməsə, Əl-Sayed qalib gələcək.

Bu vaxtadək partiyada nüfuzunu itirməmək üçün Stivens susmuşdu. AIPAC-ın pullarının kömək etmədiyini görən İsrail Stivensə göstəriş verdi ki, “son silahı” işə salsın. 1 noyabrda Stivens çıxış edərək bəyan etdi ki, seçkidə o, partiyadaşı Əl-Sayedə yox, rəqib partiyanın namizədi Rocersə səs verəcək. Bundan sonra o Rocerslə bir neçə tədbirdə iştirak edib, ona dəstək verdi.

Bu ABŞ üçün qeyri-adi hadisə idi. Partiyanın Konqresdəki nümayəndəsi seçkilərdə rəqib partiyanın nümayəndəsini dəstəkləyir! Özü də belə həlledici məqamda! Görün, İsrailə sədaqət (bunu belə adlandıraq) nə qədər güclüdür ki, xanım partiasına xəyanətə razılaşıb.

Artıq onun bu hərəkətinə Demokratlar partiyasından reaksiyalar var:

Detroit Free Press qəzeti yazır ki, Stivensin qərargahının heyətinin yarıdan çoxu istefa verib.

Senatdakı demokratların (azlığın) lideri Çak Şumer bir neçə tvitində Stivens-in Rocersə dəstəyini “alçaq xəyanət” adlandırıb. O, əlavə edib: “Biz Demokratlar Respublikaçılar tərəfindən Əbdülə qarşı irqçi, islamofob və kobud yalan hücumlara qarşı tam ikrahımızda eyni dərəcədə birik.”

Demokratlar partiyasının Miçiqan üzrə sədri Körtis Hertel tvitində yazıb: “Konqresmen Stivens hazırda Miçiqan Demokratlar Partiyasının üzvü deyil və gələcəkdə də üzvü olmayacaq.”

Tramp isə Stivensi bu hərəkətinə görə tərifləyib və Respublikaçılar partiyasına dəvət edib.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ dünən İranın Qəşm adasını vurub

redaktor

ABŞ İrana nüvə zərbəsi endirə bilərmi? Risklər, ehtimallar və mümkün nəticələr

redaktor

Aqil Abbas, Vahid Əhmədov və Fuad Poladov: sözünün arxasında dayanmağın bədəli

redaktor