Azərbaycanda xalqın jurnalistlərdən zəhləsi gedir, adı gələndə diksinir.
Bizim coğrafiyada bir çox ölkədə jurnalistlər susur, xalqın dərdini danışmır, daşıdığı vəzifəni düzgün yerinə yetirmir. Amma Azərbaycandakı jurnalistlər susmaqla kifayətlənmir, üstəlik insanları qıcıqlandırır, xalqın əksinə verilən qərarlara odlu-alovlu dəstək verir, yaltaqlanmaq üçün fürsət axtarırlar.
Nə qədər jurnalist adı daşıyan adam tanıyıram, işverənlik edir. Gedirlər marketin, bankın qarşısında kamera altında dayanırlar, keçənə söz atıb dodaqaltı söyüş söyürlər, sonra da döyülüb pul alırlar.
Sifarişlə ev yıxanı var, ailə dağıdanı var, kimisə işdən qovduranı var, insanları həbsə göndərib pul qazananı var.
Tanışlarım var, sıradan iş adamlarıdır. Görmüşəm, jurnalistlər elə adamları axtarıb tapırlar, əleyhinə hansısa saytda yazı yazır, xəbərin baxış sayını süni şəkildə artırıb özlərinə göndərirlər ki, pul ver yazını pozaq.
Bir də görürsən yazırlar: “Mən o jurnalistlərdən deyiləm.” Profilinə girirsən, dövlətçilik adı altında trolluqla məşğuldur.
95 faiz jurnalist və media işçisi dediyim kateqoriyadadır. Qonşuları, qohumları tərəfindən sevməyən, ehtiyatla yanaşıldığı adamlardır.
