16 C
Bakı
29 Oktyabr 2026 17:34
Cəmiyyət

Şikayətlər azalmaq əvəzinə ildən-ilə artır

Deputatın, nazirin vətəndaş qəbulu ancaq şikayət dinləməkdən ibarətdir. Şikayətlər təbii ki, elə dövlət qurumlarındadır, onların yaratdığı problemlərdəndir. Bu qəbullarda çox az sayda şikayət həllini tapır, əsksəriyyəti havada qalır, çünki problemin həlli ümumiyyətlə deputatın səlahiyyətində deyil, nazirlər də tabeli qurumlara tapşırıq verə bilir…

Belə qəbullara yazılmaq da hər adama nəsib olmur, çünki iştirakçılar barədə bütün məlumatlar, onların qaldırdığı problemlər barədə ətraflı məlumat toplandıqdan sonra adları siyahıya yazılır.
Vətəndaşın ən çox qaldırdığı problemlərə gəldikdə, ilk növbədə sosial məsələlərdir:
İşsizlik, ünvanlı sosial yardım ala bilməməsi, əlilliyin ləğv edilməsi və yaxud ümumiyyətlə verilməməsi, özünəməşğulluq proqramı, məhkəmələrin ədalətsiz qərarları, yaxud icra olunmayan məhkəmə qətnamələri, dövlət qurumlarının özbaşınalığı və s.

İllərdir, rayonlarda deputatlar, nazirlər qəbullar keçirir, amma şikayətlərin sayı azalmır, əksinə artır. Bu, institusional problemdir, əslində deputatın, nazirin vətəndaşla əlaqəsi ancaq şikayət-problem üzərində qurulmamalıdır.  Hər qurum öz işini qanun çərçivəsində görsə, onlara həm ictimai, həm də effektiv dövlət nəzarəti olarsa, qəbullara ehtiyac qalmaz…

 

Elçin Rüstəmli

Tacxeber.com

Oxşar xəbərlər

Nə əkmisinizsə, onu da biçirsiniz

redaktor

Təhsilin acı mənzərəsi: Emin Əmrullayev Prezidentə məruzə olunmalıdır

redaktor

Azərbaycanda korrupsiya yoxdur!

redaktor