16 C
Bakı
29 Oktyabr 2026 20:06
DünyaSiyasət

Netanyahudan dünyaya demokratiya dərsi

İsraildə seçkilərə müdaxilə edən 7 nəfər şəxs saxlanılıb.

Saxlanılanlardan 3 nəfər məktəb direktorudur. Onların evlərində seçki bülletenləri və zərflərdə pullar aşkarlanıb. Təsəvvür edin ki, Netanyahu iqtidarının əlində seçkilərə yüngülvari müdaxilə edib nəticələri öz xeyrinə dəyişmək üçün bütün imkanları olduğu halda, saxtakarlığı edən o deyil. Dövləti müharibə şəraitində olsa belə tam demokratik seçki keçirib.

Bu Netanyahu iqtidarının bütün dünyaya verdiyi demokratiya, azadlıq, plüralizm dərsi oldu. Saxlanılan 7 nəfərə gəldikdə, onlar ərəblərin partiyasının xeyrinə seçiciləri pulla ələ almaqda ittiham edilirlər. Bu seçkilər zamanı ərəblərin aktivliyi yəhudilərdən çox olub. Bu isə İsrailin tarixində görünməmiş hadisədir.

Buna qədərki seçkilərdə yəhudilərin aktivliyi ərəblərdən 2 dəfə çox olurdu. İndi isə bunu tam əksidir, İsrail xüsusi xidmət orqanlarının məlumatına görə seçkilərə müdaxilə geniş miqyasda həyata keçirilib və həbs olunanların sayı artacaq.

 

Xəyal Əzizbəyli

Tacxeber.com

Oxşar xəbərlər

İsraildəki seçkilər: Netanyahunun ehtimal gedişləri. Ərəb seçicisini uğuru

redaktor

Dövlətin suverenliyinə təhlükə: kiçiklik sindromunun daşıyıcıları

redaktor

İsraildə seçki bitdi, siyasi mübarizə indi başlayır

redaktor