14 C
Bakı
26 Oktyabr 2026 06:57
DünyaSiyasət

Serbiyada tələbələrin seçki inqilabı

Macarıstanda Orbanın 16 illik hakimiyyətindən sonra Serbiyada Vuçiçin 14 illik idarəçiliyi də sona yetdi. Bu ölkədə keçirilən növbədənkənar parlament seçkilərində “Tələbə siyahısı” qalib gəlib.

“Tələbə siyahısı” qeyri-standart siyasi layihədir: o, klassik siyasi partiya və ya blok deyil. Konkret lideri və təşkilati strukturları yoxdur. Bu siyahı 2024-ci ilin noyabrında ölkənin ikinci böyük şəhəri Novi-Sadda dəmir yolu vağzalının yeni inşa olunmuş damının uçması nəticəsində 16 nəfərin ölümündən sonra ölkədə başlayan antikorrupsiya xarakterli kütləvi etirazların ortaya çıxardığı ictimai təşəbbüsdür.

Siyahı tələbələrdən yox, onların seçdiyi müəllimlər, professorlar, həkimlər, mədəniyyət xadimləri, idmançılar və digər qeyri-siyasi fiqurlardan ibarətdir. Namizədlər siyahısına Novi-Saddan olan kardioloq İliya Srdanoviç başçılıq edir. Ölkənin və dünyanın ən məşhur kişi tennisçisi Novak Cokoviç “Tələbə siyahısı”na dəstək verirdi.

Gələn il prezident Aleksandr Vuçiçin səlahiyyət müddəti bitirdi və o, ötən ay vəzifəsindən istefa verərək parlament seçkilərində qalib gəlib, baş nazir olacağını hesablamışdı. Lakin qismət olmadı.

Serbiya şübhəsiz ki, Avropa və dünya siyasi tarixinin ən qəribə siyasi eksperimentlərindən birini həyata keçirdi. Nəticələrini görəcəyik.

 

Şahin Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Türk dünyasında liderlik uğrunda yeni mərhələ

redaktor

Avropada İranın dini-siyasi təsir şəbəkələri – III hissə

redaktor

Özbəkistanın TDT hesabı: Ankara zirvəsi təxirə salına bilər

redaktor