18 C
Bakı
26 Oktyabr 2026 13:43
CəmiyyətİdmanQalmaqal

Ribeyro kimi dostu olana düşmən lazım deyil

Premyer Liqada 9-cu tur geridə qaldı. Öyrəndik ki…

– İqor Ribeyro kimi dostu olana düşmən lazım deyil. Onun qırmızı vərəqə almaq üçün atdığı “uçan təpik”lə futbol meydanlarında sonuncu dəfə nə vaxt qarşılaşmışıq, xatırlamıram. Futbolu bacarmırsa, klub müqaviləsinə xitam verib onu göndərsin karateyə. Ən yaxşısı budur. Ondan komandaya ancaq ziyan gələr.

– 9 oyuna 8 top vurub 15 xal toplayan “Turan” haqda da çox danışmağa ehtiyac yoxdur. Köhnə söhbətlərdir. Qarşıda “Sabah” və “Qarabağ” matçları var, bu 2 oyunda hər şey açıq bilinəcək. O zaman qayıdarıq müzakirəyə.

– çempionluq mübarizəsi öz yerində, liqada turnir cədvəlində ümumən sıxlıq var. Hər kəs sürpriz iddiasındadır. İş o yerə çatıb ki, heyətində yetərincə bahalı futbolçular olan “Araz” sonuncu pillədən qurtula bilmir. Əvəzində digərləri payız gələn kimi avrokubok zonasındadırlar. Xüsusilə “Kəpəz”in yüksəlişi qeyd olunmalıdır. Azər Məmmədovun komandası evdəki azarkeş dəstəyinin üzərinə səfərdəki effektiv əks-hücum futbolunu gələrək yüksək pillələrdə qərarlaşmaq üzrədir. Böyük klubun kiçik imkanlarla yüksəlişini izləmək xoşdur.

– “Araz” demişkən… Bakı, Sumqayıt, Yevlax, Qəbələ, son olaraq da Şamaxı təmsilçisi olan bu “klub” haqda nəsə yazmağa adamın heyfi gəlir. Bu tur öncəsində məşq eləməyə stadion tapmayıb məcburən dəniz qırağında fiziki hazırlıq keçiblərmiş. Ötən mövsüm də belə duruma düşəndə məşqçilər heyəti peyntbol oynamağa aparmışdılar ki, futbolçular hrç olmada tonusdan düşməsinlər… Ayıbdır, ayıb. Türkün məsəli, “evrən də mesaj verir” ki, abilər, sizə buralarda yer yoxdur, nə dirəşmisiz?

– “Sabah” isə yeni evinə köçdü. Mərdəkandakı ilk matçları qolsuz bərabərliklə bitsə də, oyunu izləmək xoş idi. Əsl futbol havası vardı. İdeal ot örtüyündə 2 nəhəng üz-üzə gəldi, amma bir-birilərinin “xətrinə dəyməyə” risk etmədilər. Dambrauskas da, yetirmələri də bir az özlərini qorudular, qonaqlar isə qızıl mübarizəsindən elə payızdan geri düşməmək üçün ehtiyatlı oynadılar.

– Meydanda çox yaxşı futbolçular üz-üzə gəlmişdilər. Lepinitsa yenə də hər nöqtədə vardı, Umaralı qarışqa kimi çalışırdı, qonaqlarda müdafiənin cinahları əla təsir bağışladı. Silva hücum, Lanqa isə müdafiə işində çox yaxşı göründülər. Yankoviç köhnə günlərini xatırlatdı. Fəaliyyət kəmiyyətə (qollara) keçməsə də, keyfiyyət göz önündə idi. Komandalar bu il ÇL-də boşuna yer almadıqlarını göstərdilər.

– “Qarabağ”ın yenidənqurmasının zəif getdiyinə, hələ də xətlərarası əlaqələrin lazımi səviyyədə olmadığına, anlaşmada çətinliklər yaşandığına, hücum potensialının hələ də aşağı olduğunu görə bildik. Bu il gətirilən oyunçular bir, hətta son iki ildə edilən transferlərdən geri qalmırlar, onları üstələyirlər də. Texnikalı, sürətli və güclü oyunçulardırlar. Sefas, məsələn. Adam səviyyəsini hər matçda sübut edir. Bu komanda relsə düşüb, bir mexanizm kimi hərəkətə gəlsə, qarşısında duran çətin tapıla. Amma bunun nə vaxt baş verəcəyini, ümumiyyətlə baş verib-verməyəcəyini təxmin etmək çətindir. Bu proses bir mövsümdən daha çox zaman apara bilər.

– Ümumilikdə yarış maraqlıdır, izləməyə dəyir. Premyer Liqa asta sürətlə də olsa, öz yolundadır, öz tempini, öz rəngini tapmaqdadır. Getdikcə, daha da həyəcanlı olacaq.

– Hava yaxşıdır, çıxın, bir az gəzin.

 

Kənan Mastəliyev

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Bu gün Mərdəkanda liderlik savaşı – “Qarabağ” “Sabah”a qarşı

admin

Ağ rəngə divan tutan Qulu Məhərrəmli…

redaktor

Rövşən Nəcəf eşqbazlığı dillərə dastan olan kadrından VAZ KEÇİR?

admin