TƏBİB bir vaxt Səhiyyə Nazirliyindən xeyli struktur, səlahiyyət götürməklə İcbari Tibbi Sığorta Agentliyinin nəzdində yaradılmışdı.
İndi də ləğv edilib, stuktur və səlahiyyətləri ilə Səhiyyə Nazirliyinin tərkibinə verildi. Görünür, TƏBİB-in bu illərdəki fəaliyyəti ilə effektsiz və yəqin ki, həm də qüsurlu olub,
Elə bil ki, Əlinin papağı alıb Vəlinin başına qoyulmuşdu, sonra da, Vəlinin başından da alınıb yenidən Əlinin başına qoyuldu. Fərqi nə oldu? Bununla, ölkə səhiyyəsi, camaata xalqa xidmət nəhayət ki, müsbətə dəyişərmi? Görək.
Ölkədəki başqa strukturlarda, həm də hüquq mühafizə, xüsusi xidmət, ideoloji sahələrdə də bu son “hıcab” məsələsindən aydın oldu ki, fəaliyyət qüsurları vardır. Sanki, birdən aydın oldu ki, ölkəni kütləvi hicablaşma bürüyübdür. Özü də, sadə, normal hicablaşma deyil, hicab altında radikal islamçı təzahürlü islamlaşma. Hansı ki, birbaşa Azərbaycanın dövləti, xalqı, Konstitusiya quruluşuna qarşı hədəfli yönələn.
Belə tip hicablı qadınlar əvvəl Azərbaycanda olmamışdı. Bunlar, əməlli siyasi və davakar hazırlıqlı potensial ortaya qoydular. Məktəbə, rəhbərliyə hücumlar, hökumət qərarını heçə sayma, uşaqlarını protestə təlimatlandırma,
xaricə ötürülmə tipli reklamı səhnələr qurma, söyüş, qarğış, çığırtıları. Və bunlar ölkədəki azərbaycanlı soydaş qadınlardı, xaricdən də gətirilməyib. Demək ki, islam radikalçılığı ilə ideoloji zəhərlənmişlər. Və bu, bir günün işi deyil, illərlə təşkili və sistemli yetirilib ölkəyə
Sual yaranır ki, bizim Azərbaycanın aidiyyəti xüsusi xidmət, hüquq mühafizə, ideoloji və s. sahələr orqanları cəmiyyətin belə dərəcədə təsirlərə düşüb zəhərlənməsini niyə göməyib, yacydvda görüblərsə niyə etinasızlıq olub?!
Bir də, bunu qeyd edim. Cəmiyyəti, xalqı da məmur təbəqəsi dövlət imkanlarından sui- istifadə ilə əzib sıxışdırıb da, xarici təsirlərə, ideoloji zəhərlənmələrə müqavimətsiz, yəni immunitetsiz, yoluxmaya kövrək və zəif hala salmasınlar. Zəif xalqın, güclü dövləti olmur!
Belə görünür, digər idarəçilik sahələrində də belə neqativlır az deyil. Demək ki, zaman və proseslər də sərt tələb edir göstərir ki, köklü islahatlar, dəyişiklik getməlidir, idarəçilikdə.
P S
Mənim bu, elə də çox dərin və sərt tənqidli analizə varmadığım qərəzsiz statusumun cəmiyyətə yayımı məhdudlaşdırılarsa belə, inanıram ki, lazımi instansiyalara, aidiyyəti orqanlara çatar. Boşuna tərifləməklə, lap məndə qoşulam tərifləyək, nə hasil olur ki, düzəlir? Tənqidsiz nə düzələ bilir, həyatda?
