20 C
Bakı
20 Oktyabr 2026 17:51
CəmiyyətDünya

Fransaya gülməzdən əvvəl tarixi öyrənin

Fransada aləm dəyib bir-birinə; insanlar küçələrdə öz fundamental hüquqlarını müdafiə edirlər. Bizim bəzi politoloqlar isə iddia edirlər ki, etirazçılar süni çaxnaşma yaradır, Makron da yenidən seçilmək naminə onlara divan tutur.

Bu şərhçilər Fransa Konstitusiyasından o qədər xəbərsizdirlər ki, Makronun ardıcıl üçüncü müddətə namizəd belə ola bilməyəcəyini anlamırlar.
Axşam bir deputatın çıxışına baxıram — Fransadakı vəziyyətə lağ edir. Dindirəndə də intellektual görünmək üçün adama Viktor Hüqonun “Səfillər” romanını oxumağı məsləhət görür. Ancaq xəbəri yoxdur ki, heyranlıqla bəhs etdiyi o “Səfillər” Böyük Fransa İnqilabından yox, cəmi iki gün çəkən və məğlubiyyətlə bitən 1832-ci il İyun üsyanından bəhs edir. Əslində isə bu gün Fransada baş verənlər həmin lokallaşmış qiyamın dəsti-xətti yox, dünyada feodalizmin sütunlarını sarsıdan 1789-cu il Böyük Fransa İnqilabının genetik kodudur.

Bizimkilərin lağ etdiyi o küçə etirazları olmasaydı, müasir dünyanın hüquq və azadlıqlar sistemi formalaşmazdı. İnqilabları və küçə hərəkatları ilə kontinental Avropada və XX əsrin siyasi mənzərəsində gedişata yön verən iki ana tarixi güc var: biri Fransa, digəri isə Oktyabr çevrilişi ilə dünyanı iki qütbə bölən (indiki adıyla) Rusiya. Bu sosioloji reallığı oxuya bilməyənlərin siyasi analizi də ancaq bəsit rişxənddən ibarət ola bilər.

Bizimkilərin öz ölkəsindəki bərbad pensiya şərtlərini, sosial problemləri bir kənara qoyub, Fransadakı pensiya islahatına və hökumətin mövqeyinə dərs keçməyini görəndə adamın sadəcə ürəyi bulanır. Öz hüquqlarından xəbəri olmayanların Fransa xalqının yüksek sosial rifah mübarizəsinə yuxarıdan aşağı baxması riyakarlıqdır. Sən canı, gedin Rusiyanı parçalayın, İranı bölün; o mövzularda nağıl danışanda daha maraqlı görünürsünüz.

 

Səxavət Məmməd

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə–Azərbaycan münasibətlərində sınaq: Qardaşlığı qoruyan kimdir, gərginliyi artıran kim?

redaktor

Körfəz ölkələrinin dərsi budur: miqrant qəbul et, amma qaydanı dəyişmə

redaktor

Səudiyyə Ərəbistanı təhlükə altında: Husilərin hücumları və yeni təhlükəsizlik axtarışı

redaktor