21 C
Bakı
13 Oktyabr 2026 22:00
CəmiyyətDinDünya

Nursultan Nazarbayev: “Biz ərəb deyilik”

Türk dünyasının iqtisadi və texnoloji lokomotivi olacaq Qazaxıstanın böyük oğlu Nursulatan Nazarbayevin din və dini simvollar haqqındakı fikirləri hər bir qeyri-ərəb müsəlman toplumu üçün ibarətimizdir.

“Biz İslamı rəsmi dinimiz kimi qəbul edirik və bununla fəxr edirik. Amma müsəlman kimliyimizi əsas məsələyə çevirməklə heç bir yerə çata bilmərik. Digər müsəlman dövlətlərinə və onların İslamı tətbiq etmə tərzlərinə sonsuz hörmətimiz var, amma biz ərəb deyilik. Biz köçəri və türk xalqıyıq. Qızlarımızı ərəblər kimi dini, mədəni və ya sosial təzyiqlərə məhkum edib bunu müsəlman dövlətinin obrazı kimi istifadə edə bilmərik. Onları çarşafla örtməklə evə qapamaq bizim yolumuz deyil. Təkrar edirəm! Hər kəsə sonsuz hörmətimiz var, amma geyim şəxsi məsələdir. Biz qazaxlarıq; xalqımız kişi və qadın arasında fərq qoymadan at belində köçəri həyat sürüb. İslamdan əvvəlki dövrlərdə qadınlarımız istədikləri kimi geyinirdilər.”

Qənaətimcə, Türküstan ölkələri ilə ortaq həyat tərzi və ortaq siyasi hədəflərin müəyyən olunması zamanı çatmışdır.
Nursulatan Nazarbayevin fikirlərinin nəticəsi olaraq yaranmış “peçesiz İslam” anlayışı, Prezident İlham Əliyevin müəyyən etdiyi “ərəb ölkələrinin məsələlərini ərəb dövlətlərinin özləri həll etməlidir. Qeyri-ərəb dövlətləri ərəb ölklərinin problemlərinə müdaxilə etməməlidir” strategiyasının Azərbaycan və Türküstanda cəmiyyətin oturuşmuş dünyagörüşünə və dövlətlərin siyasətinə çevrilməsi üçün elmi konfarnslar və ictimai müzakirələrə meydan verəəck tədbirlərin keçirilməsinin zamanı çatmışdır.

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Qardaşlıq münasibətləri qarşılıqlı hörmət üzərində qurulmalıdır, dövlətlərin daxili işlərinə müdaxilə üzərində deyil

redaktor

İdraki günəşsizliyin patoloji aksioması…

redaktor

Yenə vətəndaş günahkar çıxdı…

redaktor