24 C
Bakı
13 Oktyabr 2026 13:07
DinDünya

Cavad Zərifdən diqqətçəkən açıqlama: “Azərbaycanı niyə təhdid kimi görürük?”

İranın keçmiş xarici işlər naziri Cavad Zərif ölkəsinin qonşu dövlətlərə yanaşmasını tənqid edərək, təhlükə mərkəzli düşüncədən imkanyönümlü yanaşmaya keçidin vacibliyini vurğulayıb.

Tacxeber.com xəbər verir ki, Zərif bildirib ki, İran Azərbaycanı təhdid kimi qəbul edir və Ermənistana da oxşar yanaşma nümayiş etdirir, lakin bu, daha az dərəcədədir. Onun sözlərinə görə, İran Tacikistan və Türkmənistan kimi digər qonşu ölkələrə münasibətdə də təhlükə görür.

Keçmiş nazir qeyd edib ki, İranda bir çox məsələ təhlükəsizlik prizmasından qiymətləndirilir. O, hicab məsələsinin belə müdafiə səngəri kimi nəzərdən keçirilməsini bu yanaşmanın nümunəsi kimi göstərib.

Cavad Zərif sosial məsələlərin hərbi təhlükəsizlik məsələsinə çevrilməsini də tənqid edib və mövcud vəziyyətdən çıxış yolu kimi düşüncə tərzinin dəyişdirilməsini vacib sayıb.
“Biz təhdidyönümlü yanaşmanı imkanyönümlü yanaşma ilə əvəz etməliyik”, – deyə Zərif vurğulayıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

İdeoloji “peyvənd”: Hicab “üsyanları”nın pərdə arxası

redaktor

Qara dənizdə iki gəmiyə dron hücumu nəticəsində səkkiz Azərbaycan vətəndaşı yaralanıb

redaktor

Zelenski Trampın Ukraynada hökumət dəyişikliyi çağırışına cavab verib

redaktor