19 C
Bakı
11 Oktyabr 2026 23:45
CəmiyyətDinSiyasətTəhsil

Məktəb forması, hicab və dövlətin prinsipial mövqeyi

Azərbaycanda hökumətin məktəblərdə vahid geyim qərarı ilə bağlı “hicab məsələsi” barədə xarici medianın müşahidəsini apardım. Qərbin, Avropanın mediası, iri tanınmış nəşrlər məsələ barədə elə də diqqət, yayım ayırmayıblar. Əsas diqqət və xüsusi ziddiyyət körükləyən yayımlar İran, Türkiyə və Rusiyanın media və saytlarıdır. Orta Asiyadakı hicab qadağasından danışılmır.

Sabah 12 oktyabr Azərbaycan hökumət qərarı tətbiqinə verilən vaxtın son günüdür. Və sabah da, bu tətbiqə dindar kəsimin etirazı gözlənilir.

Qısa və yığcam nə demək olar, məsələ barədə?
“Hicab məsələsinin” hicablıqdan çıxaraq vasitə kimi bəzi xarici qüvvələr tərəfindən, siyasi, dini radikal və s. niyyətlərlə istifadə cəhdi görünür! Dünyəvi və dini ictimai tərəflər də polemikada.

Sabah aydın olacaq, dövlətin bu məsələyə tam yekun münasibəti: dövlət qərarında qəti olaraq qalacaqmı, ya da bəzi kompromisə gedəcəkmi.

Mən, şəxsən fikrimcə, azyaşlı, anlaqsız olaraq şagirdlərin heç olmasa, 16 yaşadək dinə cəlbi tərəfdarı olmayaraq, məktəbə dini atributlarla gəlməsini qətiyyən məqbul hesab etməsəm də müəllimələrə “hicab məsələsində” güzəştlərin ola bilməsini düşünürəm. Çünki, uşaq beynini istənilən təbliğatla döndərmək olur, böyüyərək öz, dini ya da dünyəvi seçiminə, buraxılmalıdır.

Qaldı ki, dövlətlə dini kəsim arasında hicabdır, çadradır, uzun saqqallar məsələləridir qaydalı, ya ziddiyyətli inzibati yolla nə cür həllini tapar, bu başqa. Bu, həmişə olub və qaydaya düşüb.

Əgər ki, bu məsələnin həllindən xarici və daxili radikal, ekstremist, siyasi qüvvələr istifadə ilə stabilliyi pozmaqla ölkəni çalxalayıb, laxladıb xaos yaratma və yaxud dini dövlət qurma kimi cəhdlərində dövlət və xalq birlikdə, qətiyyət ilə onları süpürüb atar, buna yüz faizli əmin olaq.

Şərqdə ilk cümhuriyyət quruluşlu Azərbaycanı islam teokratik quruluşuna, radikal Əfqanıstan, Yəmən, ya İran zülmət ölkəsinə çevirmək, qəti alınmaz. Bura, dünyəvi yollu, Avropa ölkəsidir!

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

İran məktəbli forması bəhanəsi ilə Azərbaycana şəriət qanunları tətbiq etməyə çalışır

redaktor

Ədəbiyyatın zirvələri ilə dövlətin prinsipləri eyni şey deyil

redaktor

Əli Əliyevi susdurdular. Bəs nə qazandılar?

redaktor