20 C
Bakı
10 Oktyabr 2026 18:45
CəmiyyətDünya

Türkiyə siqaretləri yalnız pasportla satmaq istəyir

Səhiyyə naziri Kamal Memişoğlu TRT Haber-də bildirib ki, Türkiyə siqaret satışlarına şəxsiyyət vəsiqəsi təqdim edən şəxslərlə məhdudlaşdırıla bilər.

“Siqaret satışına yalnız şəxsiyyət vəsiqəsi ilə icazə veriləcək. Bunu tənzimləyən qanun layihəsini yaxın həftələrdə parlamentə təqdim edəcəyik”, – nazir bildirib.

Türkiyə hakimiyyəti 2015-ci il yanvarın 1-dən sonra doğulmuş şəxslərə tütün məhsullarının satışına ömürlük qadağa qoymağı nəzərdən keçirir. Məhdudiyyətin 2040-cı ilə qədər qüvvəyə minməsi gözlənilir.

Prezident Səhiyyə Şurasının üzvü Toker Ergüderin sözlərinə görə, Türkiyədə siqaret satışları 2012-ci ildəki 4,5 milyard qutudan 2025-ci ildə 8 milyarda yüksəlib. O qeyd edib ki, siqaret çəkmənin artması xüsusilə gənclər və qadınlar arasında nəzərə çarpır.

Ekspert bildirib ki, “qadın siqaret çəkənlərin nisbətində artım ümumi sayın təxminən 40-50%-ni təşkil edir və 15-24 yaşlı qadınlar arasında bu nisbət 90%-i keçib”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Pensiya kapitalın 5 faizi də belə gedir…

redaktor

22 yaşlı Çarli Cons 9 yaşlı həyat yoldaşı Yunis Uinsted ilə. 19 iyun 1937-ci il, ABŞ

redaktor

Moskva son illərdə ən böyük dron hücumlarından birinə məruz qalıb

redaktor