Özünü əsl KİŞİ hesab edənlər bilər bu ənənəni !
Qafqaz. Dünyanın ən qeyri adi kişilik qanunları olan coğrafiya. Burada Qadına olan hörmət tarixən regiona səfər edən səyyahların yazılarında xüsusi sayğı və sevgi ilə qeyd edilirdi.
Azərbaycana səfər etmiş etnoqrafı Maksim Kovalevski Qafqaz xalqlarının adət-ənənələrini təsvir edərkən yazır ki, qan davası zamanı qadının müdaxiləsi çox vaxt döyüşün taleyində həlledici rol oynayırdı.
Viliyam Allen və Pol Muratovda yazırlar ki, Qafqazın region qanunlarına görə qadın toxunulmaz bir sülh elçisidir.
1858-ci ildə Azərbaycana səyahət edən fransız yazıçı, Aleksandr Düma yazır ki, Qafqazda qadın toxunulmazlığı elə bir səviyyədədir ki, iki düşmən qrup vuruşarkən aralarından bir qadın keçərsə, döyüş dərhal dayanmalı idi. Onun başındakı örtük isə müqəddəs bir toxunulmazlıq zəmanəti idi.
Azərbaycan ədəbiyyatının sevilən yazıçısı, “Sevil” və “Almas” kimi əsərlərin müəllifi Cəfər Cabbarlı yazır ki, milli mentalitetdə qadının başına bağladığı örpək, yaylıq sadəcə bir geyim deyil, həm də “namus, toxunulmazlıq və el barışığı” rəmzidi.
Onlarla bu cürə nüfuzlu maarifçilərin əsərlərində də qeyd edilir ki, Qafqazda qan davası və ya ən amansız qarşıdurmalar zamanı qadının baş örtüyünü yerə atması ölüm uğrunda davaya çıxanlar üçün atəşkəs rəmzidir..
Qafqaz və Azərbaycan xalqlarının yazılmamış hüquq sisteminin ən ali və sarsılmaz qanunlarından biridir bu..Qafqazda qadının baş örtüyü onun namusu, şərəfi və toxunulmazlığının rəmzi idi. Qadın başındakı örtüyü çıxarıb vuruşanların ayağının altına atdıqda, faktiki olaraq öz namusunu və canını həmin insanların vicdanına əmanət etmiş olur.
Qafqazda qan davası zamanı ölüm hökmünə məhkum edilmiş qatil küçədə qaçarkən təsadüfən bir qadının yaylığına sığınardısa, ona toxunmaq qəti qadağan idi. Artıq o mərhəmət əldə etmiş sayılırdı.
Əgər bir kişi yerdəki qadın örpəyinin üzərindən addımlayırdısa onunla heç kim salamlaşmaz, qız verməz və heç bir toy-yasa buraxmazdılar. Bu ləkə bütöv bir nəslin üzərinə düşürdü və çox vaxt həmin ailə oranı tamamilə tərk etmək məcburiyyətində qalırdı.
Qafqaz kişilərinə görə qadının başını açması böyük ayıb sayılır, əgər qadın böyük qan davasının qarşısını almaq üçün qurban kimi öz başındakı yaylığı açıb saçlarını göstərirdisə, Kişilər qadını bu fədakarlığa vadar etdikləri üçün xəcalət çəkib davamı dayandırırdılar.
Əgər qan davalısı olan şəxs təqibdən qaçaraq düşməninin evinə gizlicə daxil olub, evdəki qadının başındakı yaylığa əlini uzadıb aman dinləyirdisə o, toxunulmaz qonaq statusu alırdı.
Evin kişisi evə gəlib düşmənini görsə belə, qadının örpəyi ilə qorunan həmin şəxsə öz evində zərər vura bilməzdi. Hətta ev sahibi düşmənini öz evindən təhlükəsiz zonaya qədər müşayiət etməyə borclu idi.
Dünyada hansı qanun və qaydalar çıxmasına baxmayaraq Qafqaz, Azərbaycan kişiləri üçün, təkrar edirəm KİŞİLəri üçün qadının başında olan yaylıq və yaxud hansısa geyim növü şəxsi toxunulmazlığın, mənəviyyatın və kimliyin ən həssas simvolu olaraq qalır.
