ABŞ Prezidenti Donald Tramp amerikalılara aralıq seçkiləri ilə bağlı sürpriz vəd edib.
Tacxeber.com xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.
O, keçirdiyi mitinqlərə marağın və iştirakın “inanılmaz” olduğunu qeyd edib. Trampın sözlərinə görə, respublikaçılar seçki yarışlarında qüvvələr nisbətini dəyişirlər.
“Aralıq seçkilərində sürprizi izləyin!”, – deyə ABŞ Prezidenti qeyd edib.
