İranın neft naziri Möhsün Paknejad bu gün istefa verib. Ölkənin rəsmi qurumlarının bildirdiyinə görə, onun vəzifəsni İran Milli Neft Şirkətinin baş icraçı direktoru Həmid Bovard icra edəcək.
İranın rəsmi dairələri bu istefanın səbəbini Paknejadın həyatında yaşanan “məişət prolemləri” ilə əlaqələndirirlər. Xarici müşahidəçilər isə istefanın daha dərin səbəbləri olduğunu bildirirlər. Onların fikrincə, İranda yaşanan neft böhranı nazirin istefa ərizəsi yazmasının əsas səbəbidir.
Xarici media orqanlarında yazılan statistik məlumatlar da bu iddianı təsdiqləyir. Bildirildiyinə görə, İranın milli valyutası olan rial 5 oktyabrda yenidən tənəzzülə uğrayıb. Artıq 1 ABŞ dolları valyuta məntəqələrində 2,69 milyon riala dəyişdirilir. Bu isə ABŞ valyutasına qarşın indiyədək görünmüş ən aşağı məzənnəsi deməkdir.
Mütəxəssislər İran valyutasında yaşanan tənəzzülü sentyabr ayında terminalları xam neft yüklənməməsi və neft nazirinin bir gecə əvvəl qəfil istefa verməsi ilə əlaqələndirirlər. İddialara görə, Pezeşkiyan hakimiyyəti inanılmaz təzyiqlərlə qarşı-qarşıyadır. Bildirilir ki, İran iqtisadiyyatı bu gün üç sürprizlə qarşılaşıb: azalan neft gəlirləri, idarəolunan valyutanın iflası və neft istefası. Bütün bunlar isə rialın məzənnəsinin çöküşünə yol açıb.
Almaniyanın beynəlxalq xəbər nəşri olan “Intellinews” bu çöküşü şərh edərək yazır:
https://www.intellinews.com/comment-is-it-over-for-iran-oil-the-rial-and-the-oil-minister-all-fail-at-once-473468/
“Kpler şirkətinin xam neft təhlili rəhbəri Humayün Fələkşahinin 3 oktyabrda verdiyi analizə görə, İran ötən ay ixrac terminallarına neft yükləməyib ki, bu da 1979-cu il inqilabından bəri ilk dəfədir.
Kpler-in məlumatları göstərir ki, 14 iyuldan bəri İran xam nefti ABŞ-ın dəniz blokadası xəttini keçməyib və yükləmə iyul ayında gündə 893.000 bareldən 17 avqusta qədər 156.000 barelə düşüb. Fələkşahinin sözlərinə görə, istehsal təxminən 1,8 milyon bareldir ki, bu da daxili istehlak üçün kifayətdir və müharibədən əvvəlki səviyyənin təxminən yarısıdır. Kpler-in məlumatlarına görə, Körfəz rəqibləri İran olmadan Hörmüz boğazını keçiblər və onların ixracı sentyabrın son həftəsində müharibədən əvvəlki səviyyələrdən də yuxarı olub – 19,5 milyon barel. Bu, Tehranın xəzinəsinə yaxşı təsir göstərmir”.
Nəşr yazır ki, iyulun ortalarında blokada başlayanda İranın tankerlərində təxminən 90 milyon barel neft var idi: “Və Amerika mənbələri sentyabrın əvvəlində bu rəqəmin 29 milyon barelə düşdüyünü bildirdilər. Kpler-in hazırkı hesablamalarına görə, üzən ehtiyatlar oktyabrın sonuna qədər tükənəcək və Fortune artıq tədarük edilən neft üçün ödənişlər dekabr ayına qədər azala bilər. Çin idxalı azaltdığı üçün İranın xam neft ixracatı artıq azalmışdı”.
Bir müddət əvvəl Prezident Məsud Pezeşkiyanın “Fox News”-a verdiyi açıqlamasında İranın hətta neft təchiz etdiyi ölkələrdən pulunu belə ala bilmədiyini hətta əvvəllər razılaşdırılmış barter müqavilələrinin belə qeyri-mümkün hala gəldiyini söylədiyini xatırladan nəşr yazır:
“İranın valyutası da son həftələrdə tarixən zəifləyən məzənnələr fonunda acınacaqlı şəkildə dəyərdən düşüb. Açıq bazar məzənnəsini izləyən USD/IRR (İran rialı) cədvəlinə görə, avqustun əvvəlində rial bir dollar üçün təxminən 1,87 milyon IRR təşkil edib və hazırda iki ayda təxminən 44% azalma ilə 2,693,000 rial səviyyəsinə düşüb. Sentyabrın sonunda üç gün ərzində dollar təxminən 2,36 milyon rialdan təxminən 2,56 milyon riala yüksəlib. Rəsmi rəqəmlər də gərginliyi göstərir. İran Statistika Mərkəzinin məlumatına görə, İranın ixrac qiymət indeksi yazda rial ifadəsində 91,1%, dollar ifadəsində isə cəmi 1,9% artıb.
Vəziyyət isə yaxşılaşmır. Mərkəzi bankın rəhbəri sentyabrın sonunda geniş pul kütləsinin ildə 51,6% artdığını, bu da bir ay əvvəl 54,4%-dən çox olduğunu bildirib. Yerli istehsal olan Dena Plus avtomatik avtomobilinin qiyməti 33,6 milyard IRR (12,500 dollar) təşkil edir ki, bu da zavod qiymətindən təxminən 29% yüksəkdir. Yerli media bu il inflyasiyanın 90%-ə yaxın olduğunu və ÜDM-in 5,4% azaldığını bildirib ki, bu da administrasiyanın vəziyyətini daha da pisləşdirir”.
“Intellinews” İran neft nazirinin istefasını da şərh edib:
“4 oktyabrda gecə yarısı istefa verən neft naziri də var. Nazir Möhsün Paknejad… aprel ayında blokadanın neft ixracını məhdudlaşdıra bilmədiyini söyləmişdi. Üzərindən altı ay keçdi, terminallar heç nə yükləmədi. İran mediası onun gedişini yeddi Çin neft emalı zavoduna neft satmaq üçün ləğv edilmiş müqavilə və taleyi qeyri-müəyyən olan 80 milyon barel neftlə əlaqələndirir. Hərçənd ki, bu iddia rəsmən təsdiqlənməyib”.
Qısası, İran indiyədək ABŞ-ın hərbi müdaxilələrinə duruş gətirməyi bacarsa da, ona qarşı tətbiq olunan iqtisadi sanksiyalar qarşısında getdikcə həssas vəziyyətlə üzləşir. Alman mütəxəssislərinin analizlərinə inansaq, ölkədə ən böyük problem isə bu aydan sonra başlayacaq.
