“CNN” kanalının məlumatına görə, İsrailə uşan təyyarəni qəzaya uğratmağa çalışan Oman əsilli pilot Hamam əl-Hammami belə bir adam imiş…
Xatırladaq ki, əl-Hammami BƏƏ-dən İsrailə uçan təyyarədə öz pilot yoldaşını təyyarədəki qəza baltası ilə yaraladıqdan sonra təyyarəni yerə çırmaq istəyib, amma sərnişinlər və təyyarədəki iki sərnişin-pilot planın qaşısını alaraq Səudiyyə ərazisinə eniş edə biliblər. Sərnişinlər İsrail vətəndaşları olub.
“CNN” kanalı həbs edilmiş əl-Hammaminin sosial şəbəkə hesablarını araşdırıb, həmçinin adını çəkmədiyi mənbələrdən onun silinmiş paylaşımlarını da əldə edib. Onlardan birində əl-Hammami qadınlara münasibətini də ortaya qoyub. O, anasının ona həyat yoldaşı tapmaqda çəkdiyi çətinliklərdən yazıb. Anası hər dəfə qız tapanda onlara evləndikdən sonra “niqab geyinməli və işdən çıxaraq evdə oturmalı olduqlarını” deyirmiş: “Niqab və işdən çıxmaq söhbətini eşidən kimi onlar imtina edirdilər. Amma anam mənim pilot olduğumu deyən kimi razılaşırdılar”.
Əl-Hammami həmçinin qadın və kişilərin eyni ofisdə işləməsinə qarşı olub. Onun fikrincə, bu şərait qadınları pozur. Əl-Hammami qadınların sadəcə evdə oturmalarını və evdar qadın olmalarını doğru sayırmış.
Fotoda: Həbs edilmiş pilot Hamam əl-Hammami (Bizim Yol)
