15 C
Bakı
03 Oktyabr 2026 22:03
DünyaMuharibə

Putinin Ukrayna məğlubiyyəti

Tarix bəzən insanın düşüncəsində yazılır, sonra isə real həyatda səhnələşdirilir. Vladimir Putinin də uzun illərdir ki, düşüncəsində, xəyalında bir xəritə var idi – köhnə, görünüşün itirmiş, lakin hələ də nəfəs alan bir xəritə: Sovet İttifaqının xəritəsi. O, bu xəritəni yenidən həyata keçirmək istəyirdi, amma fərqli bir üsulla, tankla, topla deyil, sakit, səssiz və gözə görünməz bir usulla.

Özbəkistanda və Qazaxıstanda bu üsul işlədi – pərdə arxasından, kulis danışıqlarından, enerji boru kəmərlərindən, hərbi bazalardan hörülmüş bir strategiyayla atəş açmadan məqsədinə nail oldu. Kreml o ölkələri hələ də “arxa baxçası” sayır, orda baş verənlər və səssiz hakimiyyət dəyişikləri də sadalananları təstiqləyir.

Amma Ukraynada tam fərqli bir mənzərə ilə qarşılaşdı. Orada tarix artıq başqa bir xalq, dövlət yetişdirmişdi. Putin 2022-ci ilin fevral ayında xəyalındakı xəritəni əlinə alıb yola çıxanda, güman edirdi ki, bu, sadəcə bir hərbi gəzintidir və bir neçə gün, bəlkə bir neçə həftə sonra Kiyevdə yeni bayraq, yeni “qardaş” hökuməti quracaq. Amma əlinə aldığı xəritə ilə reallıqlar arasında böyük bir uçurum var idi ki, bunu heç bir kəşfiyyat orqanı raportunda göstərə bilmədi.

Kiyev düşmədi. Zelenski nəinki qaçdı, əksinə Putinin sürətli qələbə planını, xəyalını ilk gülləsiylə məhv etdi, Putinin xarizmasını, imicini, rusiyanın əsirlərlə formalaşmış qüdrətini yerlə-yeksan etdi.

Əslində bu müharibənin ən dərin yarası Putinin bədənində deyil, kölgəsindədir – onun illər boyu qurduğu imicin, “güclü lider”, “yenidəndoğulan imperiya memarı” mifini bir zamanlar ciddiyə almadığı komediyaçı, ekranlarda gülüş ustası olan Zelenski param-parça etdi.

Zelenski bütün baş verənlərlə yanaşı, təkcə ölkəsini qorumadı, eyni zamanda Kremlin yüz illərdir inşa etdiyi “məğlubedilməzlik” pərdəsini də cırdı.

Beləliklə, Putinin Qazaxıstanda, Özbəkistanda işləyən təhdid-hədə üzərində qurulan ssenarisi – sakit təslimiyyət, kölgədən idarəetmə strategiyası Ukraynada suya düşdü və azadlıq istəyən bir xalqın iradəsi qarşısında çökdü. Nəhayət Putinin SSRİ xülyası Ukraynada birdəfəlik çökdü və nə vaxtsa gerçəkləşməsi də artıq mümkün deyil.

 

Fikrət Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Zelenskinin açıqlaması Seulla gərginlik yaratdı: Cənubi Koreya “əlavə addımlar”la hədələdi

redaktor

Putinin “Valday” mesajı: Müharibə davam edəcək, dəhliz isə İrandan asılıdır

redaktor

Azərbaycan və Türkiyə: mübahisə ola bilər, düşmənçilik yox

redaktor