22 C
Bakı
01 Oktyabr 2026 20:26
DünyaHadisəKriminal

Möcüzə sayılacaq təyyarə xilası…

Dünən, 30 sentyabr 2026-cı il tarixdə Dübay- Teləviv reysi ilə uçan təyyarədəki xeyli qəribə yön terror aktı və ondan daha qəribə, möcüzə sayılacaq qədər, 180 nəfər sərnişini daşıyan təyyarənin xilasının xronoloji detalları budur.

Həmin çərşənbə günü səhər gözlənilməz şok təsirli xəbərlə başlandı: FlyDubai aviaşirkətin təyyarəsi terrorçular tərəfindən qaçırılıb! Və orada hadisələr daha sonra fəlakətli sürətlə inkişaf edir. Boeing 737 MAX 8-də baş verən hadisələrin inkişafını ardıcıllığı ilə göstərək.

06:50 (yerli vaxtla)— Uçuş. FZ1073 reysi ilə Boeing-737 təyyarəsi Dubay Beynəlxalq Hava Limanından Təl-Əvivə yola düşür. Təyyarədə 174 sərnişin (27 uşaqla) və heyət üzvləri var.

08:21. Yerdəki radarlarda görünür ki, təyyarə İordaniya və Səudiyyə Ərəbistan sərhədində 10,3 kilometr yuxarı yüksəklikdən birdən-birə kəskin enişlə aşağı düşür. O an nə.baş verir?

Kabinədəki ikinci pilot (Oman vətəndaşı, adını istintaq hələlik açıqlamır) sükan arxasındakı gəmi kapitanına (Hindistanlı Somit Maçxar) bıçaqla qəfil hücum edir, boyun nahiyəsindən zərbələr vurur. Kapitan ayağa durur müqavimət göstərir, salon qapısına tərəf gedir, qapını açır, sərnişinləri köməyə çağırsın, qapı yarı açılan vaxt huşunu itiriir. Qapı da azacıq açıq kabinə tərəfdə yerə yıxılır. Hücum edən isə avtopilotu söndürür və təyyarəni kəskin yerə çırpılmağa yönəldir. Cəmi İki dəqiqə ərzində 10 500 metr hündürlükdə uçan təyyarə 3000 metr hündürlük itirir sonra avtomatik düzəlir və sonralar yenə itirir. Bu cür kəskin enilşlər salonda həyəcana, çaxnaşmaya səbəb olur. Flightradar24 da belə bir qəfil hündürlük itkisi faktını qeydə alıb.

8 : 24 — Təyyarədən həm avtomatik fövqəladə vəziyyət siqnalı, yerə 7700 kodlu beynəlxalq transponder kodunu (ümumi təcili yardım) ötürülür. O an, təsadüfən bir kiçik qız uşağı tualetə istəyir, anası tualetin yanında kabinə qapısını yarı açıq, sükanın pilotsuz və içəridə xeyli qan görüb, qışqırır. Sərnişinlərdənsə bir neçə kişi fəlakəti görüb də, kabinəyə doğru qaçırlar, qapını içəri itələyib girmək istəyirlər, qapı çətinliklə itələnir, yaralı kapitan qapının arxasında uzanıb yıxılıb, imkan vermir açılsın.
Demək, yaralı halda kapitan qapını içdən açıq qoymasaydı kabinaya girmə.və xilas olmazdı.

Sərnişinlər güc tətbiq edib qapını açırlar. Birisi gürcü əsilli stomatoloq Şöta Musayev yaralı kapitanın qanaxmasını tez dayandırır ki, görür yoxsa ölümə gedirdi kapitan. Digər sərnişinlər kabinədəki, ayaq üstə dayanıb, “Allahu Əkbər” deyib təyyarə idarəetmə cihazlarını pozmağa çalışan 2-ci pilotu yerə yıxırlar. Xoşbəxtlik olur ki, sərnişinlərdən ikisi isə, İsrailə uçuş təliminə gedən pilot ixtisaslılar olur. Və onlar dərhal da şturval arxasına oturub, təyyarəni normal uçuş halına gətirə bilirlər, təyyarədə zədələr olsa da.

8:38 — Yerüstü heyətlər bu zaman artıq kodda 7500-ə dəyişikliyini aşkar etdirlər ki, bu rəsmi olaraq təyyarəyə qanunsuz müdaxiləni və ələ keçib qaçırılmasını göstərir. Sonra isə təyyarə müvəqqəti bəzi mülki radar ekranlarından yoxa çıxır və İsrailə çatan anında qəfildən kursunu qəfil Səudiyyə Ərəbistanı tərəfə uzaqlaşdırır.

08:40 — İsrail HHQ təcili öz qırıcılarını havaya qaldırır, sərnişin təyyarəsini tutub endirmək üçün. Havada təyyarədə durumun normal hala gəlməsi və Səudiyyə tərəfə uçmasını bilib geri dönürlər.

9:45 AM — Təcili fövqəl eniş. Hava hərəkətinin dispetçerləri ilə əlaqələndirilərək təyyarə artıq Səudiyyə Ərəbistanının şimal-qərbindəki Təbuk hava limanına təcili eniş edir. Havada yaşanan kəskin eniş və düzəlmə G-qüvvələri səbəbindən təyyarənin quyruq hissədəki sükanı zədələnib, pilotlar buna baxmayaraq, təyyarəni güclə tam təhlükəsiz endirə biliblər.

Çatan kimi yaralı kapitan Səudiyyə Ərəbistanı xəstəxanasına yerləşdirilir və hücum edən 2-ci pilot isə oradaca həbs edilib. Sürətli enişdə və həm mübarizə zamanı bir neçə sərnişin yüngül xəsarətlər və qançırlar alıb. 174 sərnişinin isə, hamısı sağdır. Dubay aviaşirkəti sərnişinləri və heyət üzvlərini yenidən İsrailə daşımaq üçün Təbuk hava limanına iki yeni təyyarə göndərib.

İsrail hökuməti əksəriyyəti İsrail vətəndaşı olan sərnişinlərə tibbi və s. qayğısı və yeni təyyarə ayırdığı üçün Səudiyyə Ərəbistanı və həm BƏƏ (Dubay) rəhbərliyinə təşəkkür bildirib.

Hazırda isə, BƏƏ, Səudiyyə Ərəbistanı və İsrail tərəfindən baş vermiş bu hadisəni araşdırma təyinatlı birgə istintaq qrupu ayrılıb. Əsas da, Oman əsilli ərəb pilotun dəhşətli terror cəhdi motivində hansısa bir terror dövlətinin, yaxud qruplaşmanın tapşırığınınmı, ya özfəaliyyətli fanatizmin durduğunu araşdırır. Məncə də bu hadisə törənmə xarakteri üzrə dini fanatizmin təkbaşına və özfəaliyyətinə daha çox oxşayır.

P. S.
Ümumiyyətlə, pilotların seçimində onların nə məslək, hansı psixoloji xarakter və durumda olması və s. tam yoxlanmalıdır. Adi sıravi bir işçi, katibə xüsusi xidmət orqanlarına təyində ata-babasına kimi yoxlanılırsa, neçə yüzlərlə insanı 10 km göyün qatına qaldırması etibar edilən pilotlar nədən hərtərəfli yoxlanmasın?

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanda itkin düşdüyü bildirilən hərbçi Ermənistanda saxlanıldı

redaktor

Flydubai pilotu təyyarəni fəlakətdən necə xilas etdi: dramın təfərrüatları

redaktor

205 il ərzində ilk qadın edamı

admin