17 C
Bakı
28 Sentyabr 2026 10:26
Dünya

Qardaş Türkiyənin İranlaşma deqradasiyası. Heyf, böyük Atatürkdən, onun qurduğundan!

Açırsan Türkiyə saytları, medianı, sosial set istifadəçilərini, cəmiyyətdə kütləvi surətdə bizim Azərbaycana qarşı küfr, təhqir, hiddət, küdurət. Əsas da, dini radikalizm mövqeyinə söykənməklə. Eynilə də, İran molla rejiminin SEPAH şəbəkə yobazları üslulbunda küfrlər.

Adını nə qoyurlar? Nədən, Türkiyənin “Fələstin davasına” Azərbaycan dəstək vermir?! O dava ki, neçə illərdə ortada söz atışması “qovğası”, hay-küydən başqa heç nə yoxdur, bir güllə belə atılmayıb, bir damcı da belə qan tökülməyib… Türkiyəyə qarşı hərbi təcavüz, işğal olmayıb ki, qardaş hərbi müttəfiq kimi Azərbaycan Türkiyə tərəfdə hərbi-siyasi mövqedə dursun. Necə ki, Türkiyəyə ümumi təhlükə miqyaslı ağır zərbəli zəlzələlər, yanğınlar olanda, Azərbaycan birinci olaraq yanında oldu, yardımı qürurla qarşılandı.

Adını qoyurlar ki, Azərbaycan dövləti nədən öz sivil, dünyəvi, ümumkonfessional əsas qanunu olan Konstitusiya üzrə öz məktəblərində vahid geyim forması tətbiq etmək istəyir? Niyə küçə, xuyabanlarda meqafonlar qoyulub da, gecə və gündüz yüksək səslə azan, mouzələr oxunmur, niyə hökumət üzvləri, ictimai, dövlət xadimləri namaz qılmır, dini tədbirlərdə olmur? Və s. və i.

Anlamırlar ki, qardaşlıq, yalnız qandan, kökdən, milli mental birlikdən gəlir və qardaşın üzərinə, ailəsinə gələn təhlükəni dəf etmək birliyindən irəli gəlir, bir-birinin ailəsinin içinə müdaxilə ilə nə yeyib, nə içib, necə yatıb-durma, hansı zövq və hissdə olma eyniliyi tələbindən yox. Suveren dövlətlərin qardaşlığı, onların əyalət birliyi deyil. NATO-dan da sıx birlik yoxdur dünyada, amma içindəki dövlətin müstəqil özəlliyi isə, yerində!

Qaldı ki, Azərbaycanı müsəlmansızlıqda, eləcə də qardaşsızlıqda qınayan bir sıra Türkiyəli dini islam keşikçi yobazları əvvəl kənardan özlərinə baxsınlar ki, onların Türkiyə dövləti nədən, kafir dedikləri xristian dövlətlərinin NATO alyansının içindədir onilliklərlə və içindən də çıxmaq fikri yoxdur? Və ona baxsınlar ki, sivil dünya NATO- su içində olmaqla, üstəlik də, neçə illərdir sivil Qərbin Avropa Birliyi içərisi tərkibinə can atan Türkiyənin cəmiyyəti niyə, üzü İrana doğru yol tutur? Bəli, heyf Atatürkdən və onun yolundan!

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski: Bir həftə ərzində 10 mindən çox rus əsgəri zərərsizləşdirilib

redaktor

Tramp Zelenskinin Rusiyanın neft emalı zavodlarına endirilən zərbələrin azaldılması tələbinə verdiyi cavabı açıqlayıb

redaktor

İki qardaş arasına nifaq salmaq asan deyildir…

redaktor