Dünya

Pezeşkian: İran təslim olmayacaq!

Dünən İran Prezidenti Məsud Pezeşkianın BMT Baş Assambleyasındakı çıxışı çox təsirli idi. O, ABŞ prezidenti D.Trampın hədə dolu çıxışına cavab olaraq bütün dünyaya “İran baş əyməyəcək” mesajını verdi.

Onu da bəyan etdi ki, İran nüvə silahına qarşıdır, lakin dinc məqsədli nüvə texnologiyasından və nüvə enerjisinə sahib olmaq hüququndan imtina etməyəcək!
M.Pezeşkian BMT-dəki çıxışında həmçinin İranın ali dini rəhbərinin ABŞ və İsrail tərəfindən qətlə yetirilməsini, İsrailin “istədiyi ölkəyə tam cəzasızlıq şəraitində hücum etməsini” pisləyib, onları “terrorçu rejim” adlandırıb.

“İran özünün uzun tarixi ərzində aydın bir dərs öyrənib: güclü olmadan mövcudluq və təhlükəsizlik təmin olunmur” deyən İran prezidenti Minabadda 168 günahsız uşağın ABŞ və İsrailin atdığı bombalar nəticəsində həlak olmasını da terror əməli adlandırıb.

İran prezidenti çıxışını bu sözlərlə bitirib: “Burada bütün dünyaya bəyan edirik ki, biz heç kimə hücum etməmişik. Bizə hücum ediblər. Biz özümüzü müdafiə edirik və heç bir şərtdə təslim olmayacağıq. Təslim olmayacağıq”

 

Qulu Məhərrəmli

Tacxeber.com

Oxşar xəbərlər

Dünyəvilik və Hicab !

redaktor

“Bizi terrorçu adlandırırlar”: Pezeşkyan BMT-də ABŞ və İsraili tənqid etdi

redaktor

Əliyev–Usmanov xətti: Türk Dünyası amili. İki fransız məhbusun arxasında illərlə davam edən diplomatiya

redaktor