Bu, ciddi beynəlxalq məsələ oldu, qeyd edək. Tramp Rusiyaya qarşı elə də gözlənilməyən, Ukrayna işğalı ilə bağlı Rusiyaya yönələcək “Cəhənnəm Sanksiyaları” adlanan sərt Qrem Qanununu imzaladı… 18 sentyabr 2026-cı il.
Bu qanun bu yaxında vəfat edən məşhur və görkəmli senator, Ukrayna mövqeyində olan, Trampın da dostu Lindsey Qremin Rusiyaya qarşı layihəsi idi. Layihə bir il yarım ərzində senatı və nümayəndələr palatasının dolaşdı, çox çək çevirdən sonra qəbul edilib, Tramp- prezidentin təsdiqinə göndərildi. Təsdiq isə, Rusiya, Putinlə münasibətlər gərginləşməsi tərəfdarı olmayan Tramp tərəfdən olunacağı sual altında idi. Amma Tramp elə, bu təsdiqi gözlənilməyən halda etdi. Görünür, Putin sülh danışıqlarını oynatmaqla Trampı artıq, yorub.
Qanun nə imkanlar verir?
İmzalanan “şiddətli sanksiyalar” kimi qanun ABŞ Prezidentinə Rusiya neft və qazının ən böyük beş alıcısına, həm eləcə də Rusiyanın enerji sanksiyalarından yayınmasına kömək edən beş ölkəyə 100%, üstəlik də Rusiyadan ABŞ-a idaxala 500% tarif tətbiqi imkanı verir.
Bu cür sərt sanksiyaların da tətbiqi isə, gəliri neft-qazdan asılı olan Rusiya üçün çox böyük sarsıdıcı və hətta çökdürücü qədər zərbə olar. Qanun layihəsi həmçinin Rusiya rəsmilərinə, banklarına, iş adamlarına və eynilə də “kölgə donanmasına” qarşı da sanksiyaları nəzərdə tutur. Və İrana qarşı da ABŞ sanksiyalarının 2031-ci ilədək uzadılmasını da nəzərdə tutur.
Qanunun tətbiqi necə olacaq?
Layihə bütün qanunverici instansiyaları keçib və prezident tərəfindən də imzalanmaqla artıq qüvvəyə minib. Tətbiqi, artıq Trampdan asılıdır. Bu, elə bil ki, Trampın stolu üzərində, Rusiyaya vurulacaq hazır və ağır iqtisadi silahdır. Rusiya tərəf Ukrayna ilə sülhə getməyib, işğalı davam etdirəcəyi halda, istənilən an, Tramp bu silahı heç kim və ya təşkilatdan soruşmadan tətbiq edə bilər. Rusiya, Putin də bunu çox yaxşı bilir. Və bu, sülhə gəlmək üçün vacib amil ola bilər.
Bu ara V. Zelenski Qremin Sanksiyalar Aktını imzaladığına görə, D. Trampa təşəkkür edib: “Prezident Donald Trampa son dərəcə vacib qanunu imzaladığına görə təşəkkür edirəm. Qanunu dəstəkləyən bütün senatorlara da və Nümayəndələr Palatasının üzvlərinə təşəkkür edirəm”, – deyə Zelenski Moskvaya sülh üçün təzyiqin artırılmasının vacibliyini vurğulayıb.
