Polşada üzərində Qarabağdakı keçmiş separatçı rejimin bayrağı olan məhsullar aşkar edilib. Bir azərbaycanlının müraciətindən sonra onların satışı dayandırılıb.
Məhsul Polşanın “Henry Studio” şirkəti tərəfindən istehsal olunub. Azərbaycanlı Elnur İbişov istehsalçıya şikayət ərizəsi ilə müraciət edərək şəklin silinməsini və gələcəkdə Azərbaycanın ərazi bütövlüyünün dəqiq təsvir edilməsi üçün istifadə olunmasını tələb edib.
Şikayətdən sonra müvafiq tədbirlər görülüb: məhsul satışdan çıxarılıb və dövriyyədən çıxarılacaq. Şirkət belə bir hadisənin bir daha baş verməyəcəyinə zəmanət verib.(Minval)
