25 C
Bakı
18 Sentyabr 2026 11:14
Dünya

Dostoyevskini tərcümə etdi, “Mirotvorets”ə düşdü

Cənubi Koreyalı tərcüməçi və ədəbiyyatşünas Kim Çon A-nın adı Ukraynanın “Mirotvorets” veb-saytına daxil edilib. Bu sayt-siyahıda Ukraynanın düşmənlərinin adı qeyd olunur və düşmən fəaliyyətinin qısa təfsilatı yazılır. Bu siyahıya, adətən, “güllələnmə siyahısı” deyilir, çünki Ukrayna xüsusi xidmətləri siyahıda olanların çoxuna qarşı uğurlu və ya uğursuz sui-qəsdlər təşkil edib və edir.

Bəs bu xanımın “günahı” nədir?
Saytda rəsmi səbəb kimi “Rusiya təbliğatını yaymaq” və SVO-ya ictimai dəstək olmaq göstərilib.

Təbliğat və dəstək nədən ibarət olub?
2026-cı ilin avqust ayında Putin Kim Con A-nı Rusiya mədəniyyətinin və ədəbiyyatının xaricdə populyarlaşdırılmasına uzunmüddətli töhfəsinə görə “Puşkin” medalı ilə təltif edib. Bu hadisədən sonra xanımın adı “Mirotvorets”də peyda olub.

Kim Çon A 10 il ərzində Fyodor Dostoyevskinin dörd əsas romanını (“Cinayət və cəza”, “İdiot”, “Cinlər” və “Karamazov qardaşları”) Koreya dilinə tərcümə edib. Bu romanlar C.Koreyada ilk dəfə bir müəllif tərəfindən tərcümə edilib və eyni üz qabığı altında nəşr olunub.

Ağır cinayətdir! Belələrinin kökünü kəsmək lazımdır!

Deyəsən, Dostoyevski “İdiot” romanını bugünki Ukraynanı nəzərdə tutaraq yazmışdı.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

Tehran Pekinin İrana dəstəyinin artırılmasını istəyir.

redaktor

Planetimizin 1 nömrəli akademikinə Naxçıvan alimlərindən suallar

redaktor

İranın imperial vizyonu-2025…

redaktor