Azərbaycanda Dövlət Təhlükəsizliyi Xidməti (DTX) antiterror əməliyyat-axtarış tədbirləri keçirib. Ölkə və xaricdə bir sıra vətəndaşların gizli təşkilatlanma, terrorçuluğa hazırlıq, həm də terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı cinayət əməlləri aşkar edilib.
Həmin cinayətkar dəstənin üzvləri olan Vüqar Abdullayev, Cəlal Hacıyev, Cavid Əliyev, Nicat Əhmədov, Nazim Əliyev, İlkin Həsənzadə, həm də Ayxan Hüseynov, Elşən Əsgərov, Fəxrəddin İmanov, Nail Rəsulov və Elgün İsmayılov CM-in 214-1, 218.1, 28, 277-ci maddələrilə həbs edilib (terrorçuluğun maliyyələşdirilməsi, cinayətkar birlik (təşkilat) yaratma, dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsdə hazırlıq).
DTX-nın apardığı 5 ölkə ərazisi üzrə cinayətkar birliyinin ifşası, 11 üzvünün saxlanılması kimi beynəlxalq səviyyədə antiterror əməliyyatının dürüstlüyü inamlı, vacibliyi şübhəsizdir. Çünki, bir sıra Azərbaycan vətəndaşlarının radikal dini zəmində, sünni və şiə inanclısı cildində ölkədə radikallaşması açıq görünür. Və bu kimi terror əməlləri və həbslər özü də ölkədə ilk dəfə deyil.
Məsələnin nəzəri tərəfinə varaq.
Dini zəmində terrorizm, terror törətmə din adı altında əyinti-pozuculuq zəncirinin kuliminativ nöqtəsidir: qətl, qan tökmə, partlayış, dağıdıcı kütləvi təhlükə. Terrorizm, nəticə simptomdur, əyinti, patologiya, xəstəliyin simptomu, yekun nəticəsidir. Bəli, terrorun yerindəcə də qarşısı alınmalıdır, bu vacibdir. Lakin, dini zəminli bu terroru, bu yekun simptomu yaradan pozuntu zəncirinin kökü, mənbəyi ləğv edilməlidir. Əks halda yeni bir terrorun yaranması istisna deyil.
Bu zəncirvari prosesin kökü isə, dini fanatizm, radikalizmdir. Normal dində olan bəzi səmimi vicdanlı inanclı gənclərin, insanların kənardan pozucu təsirlərlə beyinlərinin tam yuyulub dini fanatizmlə doldurulmasıdır. Belə fanatizm və radikalizmdən isə, dini aqressivlik, oradan da dini ekstremizmə keçidin yolu açılır. Və bu yol da buradan, nəticə üzrə, dinin adı altında ölüm icraçılığı həddinə, yəni terorizmə gətirib çıxarır.
Ona görə də, şəxsi fikrimcə dövlətli cəmiyyətli normal dinə və səmimi vicdanlı inanclılarımıza qarşı təhqir, təhdid və həqarətə qarşı getməklə bərabər, dini motivli terrorizmə gətirib çıxaran yolun kökü, başlanğıcı, dini əyintilər: fanatizm və radikalizmin yayılmasına qarşı gedilməlidir.
Dini fanatizm, radikallığı qabaqlayan qanunlar sərtləşdirilməlidir. Və qanunlar, xüsusi hüquqi resurs və tam əsas verməlidir ki, cəmiyyətdə, media və sosial şəbəkələrdə dini fanatizm və radikalizm yayanlar dayandırılsın. Və bu yöndə ifadə və addımlar, təbliğat nümayiş etdirənlərə qarşı anında və yerindəcə sərt tədbir görülsün.
Xülasə…
Bilməliyik ki, ən təhlükəli cinayətlərdən sayılan dini zəminli terrorizmin kökü və başlanğıcı dini fanatizm və radikalizmdədir. Bu gün artıq, dinə inanclı və inancsızın bərabər hüquqlu sayıldığı ölkədə kimi isə kafir deyib nifrət qızışdırmaqla düşmən sayıb, təhqir və təhdid etmə qədər dini fanatizm, radikallıqdan, sabah qətlə etmə qədər terrorçu olmağa elə də bir uzaq məsafə qalmır.
