CəmiyyətDin

“Süleymançı” dini təriqət icması haqqına… Niyə, bu cərəyan, təriqətlər türk üzərində?

Türkiyədə yaranmış, ardınca Azərbaycana da keçən “Süleymançı” adlanan dini icmaya qarşı Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti və Məhkəmə orqanlarının tədbirləri qeyd edilir.

“Süleyman camaatı”nın Bakı məntəqə rəhbəri Mikayılov Səid Mehman oğlunun məhkəmə prosesi gedir, icmanın xeyli də üzvü prosesə müxtəlig ittihamılı formalarda cəlb edilibdir.

Dini icma Bakıda müxtəlif cür hazırlıq kursları, tələbə yataqxanaları və uşaq bağçaları və sair ad altında ölkənin dini qaydalar və qanunlarını pozmaqda ittiham edilirlər. Və Türkiyədə də bu “camaatın” iqtisadi və maliyyə və s. tipli qanun pozuntuları üzrə ittihamlı həbsləri gedir.

“Süleymanlı dini camaatı” haqqında.

Təşkilat Türkiyə mənşəlidir və kökləri Sünni- Nəqşibəndi tarixi ənənəsinə dayanan xüsusi mühafizəkar bir dini cərəyandır. İndi Mərkəzi Asiya türk ölkələri içində də yayılıblar, artıq.

Əsas fəaliyyət sahələri Quran kursları, tələbə yataqxanaları (pansionatlar) və dini təhsilin üzərindəki öz dini cərəyanlarının təbliğatıdır. Azərbaycan müstəqillik qazanandan sonra ölkəyə daxil olublar və daha çox da gənclər arasında da öz, məxsusi dini təbliğatıarı ilə məşğuldurlar.

Bu qrup həddən artıq qapalı və gizli (hücrə sistemi) strukturludur. Xarici görünüşcə isə, adətən başlarına tünd-göy təkkə (kiçik yumru araqçın) taxmaqla seçilirlər. Bunların siyasi, həm sosial məsələlərdə daxili intizamları çox sərtdir. Yəni dini radikallar kimi çox buraxma, ağılları və ağızlarına gələni danışmırlar. Media və həm də sosial şəbəkələrdən uzaq dururlar.

“Süleymançı” camaatı öz daxili iyerarxiyası olan, biznes və pansionat şəbəkələri vasitəsilə fəaliyyət göstərən, lakin dövlət nəzarətindən kənarda qalmağa çalışan qapalı, mühafizəkar bir dini icmadır. Təxminən, FETO-çular kimi.

Xülasə…

Xülasə, Süleymancılar aqressiv radikal islamçı (silahlı, cihadçı və ya təkfirçi) bir qrup, şəbəkə deyil. Amma, yumşaq, sakit, mədəni formada gənclərin beynini yuyub zəhərləyir. (Yəni, sakit, səssiz hərəkət edib, insanı çalan bir ilan kimi).

Sual qalır ki, bütün bu müxtəlif sort islam dini cərəyanları, təriqətləri niyə, həmişə türk milli coğrafiysdında öz təşəkkülünü tapır? Və Niyə bizdə bu, təsirə düşmə mənəvi kövrəkliyi var?

Tarixən, Ərəb-İslam coğrafiyasında yaşamış kürdlər, ermənilər, şabaklar, aysorilər, druzlar, koptlar və s. bu cərəyan, təriqətlərin təsirinə niyə bu qədər düşməyiblər? İslam, bu başqa. Bəs bütün bu, bölücü cərəyan təriqətlər nədir, həmişə türkün üzərində? Səbəbi, kökü nədir?Türkün öz mental zəifliyidir, ya qəsdən edilir, bölücülük, bu böyük toplumu? Araşdırılmalı!

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Müsəlman dua edir, lənətə gəlmiş xristianlar isə icad edir

redaktor

Fərid Eyvazovun güc şousu alınmadı… – “Alliance Clinic”də ciddi nöqsanlar

admin

Bəs hicab taxmayan qadınlar nədir?

redaktor