Bakının erməni-bolşevik-ingilis işğalından azad olunmasının 108-ci ildönümündə Türkiyədən Bakıya yüksək səviyyəli ziyarət var.
Xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb, prezident İlham Əliyevin qəbulunda olub.
Rəsmi məlumata görə, görüşlərdə:
Azərbaycan-Türkiyə qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi vurğulanıb, əməkdaşlığın “bir millət, iki dövlət” prinsipi əsasında daha da möhkəmləndiyi qeyd olunub;
Enerji sahəsində əməkdaşlığın vacibliyinə toxunulub, alternativ enerji istiqamətində beynəlxalq bazarlara yeni çıxış yolları ilə bağlı fikir mübadiləsi aparılıb;
Ölkələrimizin logistika baxımından əhəmiyyəti, o cümlədən Avropa ilə Asiya arasında mühüm körpü rolu oynadıqları vurğulanıb, beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətin əlaqələndirilməsinin önəmi qeyd olunub;
Görüşlərdə həmçinin ikitərəfli əlaqələrimizin perspektivləri, regional məsələlər və qarşılıqlı maraq doğuran digər mövzularla bağlı fikir mübadiləsi aparılıb.

