24 C
Bakı
15 Sentyabr 2026 22:51
DünyaSiyasət

Bab əl-Məndab böhranı: Ənsarullahın yeni üstünlüyü

Qərb üçün “Ənsarllah”ın Bab əl-Məndəb boğazına nəzarəti İranın Hörmüz boğazına nəzarətindən daha böyük təhlükə yaradır.

Hörmüz boğazının eni 33 km-dir. Boğazın böyük tankerlər üçün istifadə olunan dərinsulu hissəsi onun ortasında olan 9 km enindəki zolaqdır. Bu zolağın 3 km-i İran, 3 km-i Oman hissəsindədir, 3 km də bu keçidlər arasındakı bufer zonadır. Yəni İran sahilindən Oman keçidi üzrə gedən ağır tankerə qədər azı 18 km məsafə var. Yüngül tanker və digər ticarət gəmiləri Oman sahillərinə daha yaxın məsafədən üzə bilirlər – bu halda İran sahilindən onlara qədər məsafə 25-30 km olur.

Belə uzaq marşrutu nəzarətdə saxlamaq üçün İrana xüsusi radarlar, müşahidə sistemləri, gəmi əleyhinə raketlər və idarə edilən dronlar tələb olnur. ABŞ da hər qısamüddətli hücumda məhz İran sahildəki bu radar və müşahidə sistemlərinə zərbələr endirir ki, İranı “kor” etsin və Körfəzdən neft oğurlaya bilsin.

Bab əl-Məndabda isə vəziyyət tam başqadır. 11 sentyabrda hüsilər Perim adasını ələ keçirtdilər. Perim adasının yanından keçən şərq gəmiçilik kanalının eni cəmi 3 kilometrdir. Yəni husilər boğazdan keçən gəmiləri bahalı optik sistemlər olmadan, adi gözlə görə biləcəklər. Məsafə yaxın olduğundan onlara bahalı gəmi əleyhinə raketlər də lazım deyil. Yaxın olduğu üçün gəmiləri adi dronlarla vura bilərlər, lakin buna da ehtiyac yoxdur. Bunun üçün daha ucuz silahlar – tank əleyhinə raketlər kifayət edir.

Buna görə də düşünürəm ki, Perim adası, həmçinin Moxa şəhəri uğrunda müharibə hələ bitməyib.

Yeri gəlmişkən, bu gün CENTCOM-un komandanı Bred Kuperin rəhbərliyi altında ABŞ hərbçiləri ilə İsrail, S.Ərəbistanı, BƏƏ, Bəhreyn, Küveyt, Qətər, İordaniya və Misir baş qərargah rəisslərinin Almaniyada qapalı görüşü keçirilib. Görüşdə Hömüz və Bab əl-Məndab boğazlarının açılması məsələsi müzakirə olunub…

 

Asif Şəfəqqətov
Tacxeber.com

Oxşar xəbərlər

Müsəlman dua edir, lənətə gəlmiş xristianlar isə icad edir

redaktor

Türkiyədən Bakıya strateji mesaj: Türk dünyasının gündəliyi müzakirə olunur

redaktor

Fidanın 15 sentyabr ziyarəti…

redaktor