17 C
Bakı
08 Sentyabr 2026 12:25
İqtisadiyyat

Subsidiyalar haqqında

Aqrar Subsidiya Şurası 2027-ci il üçün aqrar sektorda dövlət dəstək mexanizmlərini genişləndirərək yeni qərarlar təsdiq edib.

Oxudum, bu sektora dövlət dəstəyi çox vacibdir, ayrılan məbləğlər bir çox təsərrüfatlar üçün az deyil. Amma…
Birincisi, dövlət ancaq iri fermerləri və sahibkarları dəstəkləyir. Yəni böyük investisiya yatırılmış təsərrüfatlara subsidiya verir. Onların müasir suvarma sistemləri ilə təchiz edilmiş, intensiv bağlar salınmış hektarlarla torpağı, yüzlərlə baş cins mal-qarası olan heyvandarlıq təsərrüfatları var.

Bəs sayı yüz minlərlə olan kiçik ev təsərrüfatları haqqında nə düşünürlər?
Əvvəla 3-5 hektar şərti qoymaq onların dövlət dəstəyinə çıxışını kəsir, ikincisi vəsait ancaq hazır biznes subyektlərinə verilir. Yaxşı olardı, həm məhdudiyyət götürülsün, həm də əvvəlcə təsərrüfatın yaradılmasına birdəfəlik subsidiya ayrılsın. Daha sonra məhsula və torpağın münbit saxlanılması, dərman, suvarma və s. məsələlərə dəstək verilsin. Çox vacib məqamlardan biri də onların sənədləri qaydasına salmağa şərait yaratmaqdı. Çünki bu sahədə vəziyyət dəhşətli haldadır.
İndiki durumda nə baş verir?
Kiçik təsərrüfatlar sıradan çıxır, əhalinin əlində olan torpaq sahələri iri təsərrüfat sahiblərinin əlinə keçir. Kəndlilərə ancaq onlara günü 15-20 manata işləmək və ya kəndi tərk etmək qalır. Hazırda kəndlərin boşalmasının əsas səbəbi budur.

Kəndli kənd təsərrüdatından dolanışığını çıxara biımir…
Yaxşı olardı, sırf məşğulluğa görə kiçik torpaq sahibləri də dəstəklənsin. İki kisə azot, bir qutu dərman-onu da məhsul çıxandan sonra verirlər, bu dəstək deyil… Onların bazara çıxışı asanlaşsın, bölgələrdə emal müəssisələri açılsın, onlara, bitki, toxum, aqrotexniki qulluq üçün texniki dəstək verilsin və s.

 

Elçin Rüstəmli

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ–Çin qarşıdurmasının görünməyən cəbhəsi: enerji

redaktor

“500 qoyuna 2000 manat: subsidiya kimə hesablanıb?”

redaktor

Ət yenidən bahalaşıb – Niyə?

admin